Nailə İslamzadə sosial verilişləri tənqid etdi
"Rus dilində belə deyim var: Sosial şəbəkələr ortaya çıxana qədər ancaq evdə bilirdilər sən necə axmaqsan. Hərənin əlində bir telefon qəhrəman olub. Gənclər dəliqanlıdır. Amma yaşlı nəslin cürbəcür formada, rəqslə edib video paylaşması pis nümunədir. Biz Azərbaycan xalqı olaraq əxlaqımıza, davranışımıza, xüsusən də ictimai insanlar davranışlarına diqqət etməlidirlər. Efirdə olan həm danışığı, həm geyimi ilə insanlara nümunə olur".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə İTV-də qonaq olarkən deyib. Aparıcı sosial şəbəkələrdən danışıb.
Sosial xarakterli proqramlardan bəhs edən N.İslamzadə onları tənqid edib:
"Televiziyaçının başqa kanalı müzakirəyə çıxartmağı doğru deyil. Amma həqiqəti demək lazımdır. Sosial verilişlər zərər verir. Təbii bunu etmək lazımdır. Amma məsələləri eybəcərliyi ilə ortaya qoymaq olmaz. Münasibətlər tənzimlənməlidir. Həmin verilişlərdə "ağsaqqal" sözü görə bilirsiniz? Mən də münasibət bildirmək üçün oturub baxmışam. Həmin verilişin eksperti, ağsaqqalı ora gələnlə əlbəyaxa olur, söz güləşdirir. Mən verilişimə ekspert olaraq Əjdər Ağayevi dəvət edirdim. Sözü keçərli idi.
O verilişlərdə də ağsaqqal, böyük sözü olmalıdır. Alim ola bilərsən, amma ağsaqqal yox. Verilişdən tamaşaçı nəsə götürməlidir. Dava, dalaş, ittiham, ekspertlə gələn dalaşır, aparıcı "kukla" kimi ortada qalır. Nə oldu? Onların da yaxşı tərəfi var. Amma əl gəzdirmək lazımdır".
"Ağsaqqallarla münasibət necə olmalıdır" sualına aparıcı belə cavab verib:
"Ağsaqqallara hörmət edilməməlidir, onlar hörməti qazanmalıdırlar. Biz yaşlı nəsil olaraq gənclərə nümunə olmalıyıq. Hörməti qazana bilmirəmsə, qarşımdakı mənə necə hörmət etsin? Böyüyə hörmət o demək deyil ki, hər addımbaşı "mən alçalım, sən böyüksən". Bir insan əlildirsə, gücsüzdürsə, ictimai nəqliyyatda yer ver. Amma bəzən cavanların özü də özünü pis hiss edir. Əgər bir insan özünü yaxşı hiss edirsə, niyə yer verilsin? Bəlkə oturan gəncin özünün halı yoxdur?".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?