İnsanları tələsməyən şəhər: "İtaliya çəkməsinin burnu"

İnsanları tələsməyən şəhər: "İtaliya çəkməsinin burnu"Üçbucaqlı Siciliya adasına - Kataniya şəhərinə səyahətimiz macəra ilə başladı. Romanın Fiumiçino Hava Limanından transfer zamanı baqajımızın itməsi əhvalımızı pozsa da, qarşıdakı günlər füsunkar adadan aldığımız təəssüratlar bizə unudulmaz anlar yaşatdı.

Kataniya - mavi İon dənizinin sahilində, donmuş vulkanik lavanın qara daşları arasında yerləşən liman şəhəridir. Bu şəhərə "İtaliya çəkməsinin burnu" da deyilir.

"Kaspi" qəzeti həmin ərazidən reportaj hazırlayıb.

Etnanın möcüzəsi

Şəhərin qədim küçələrini gəzdikcə adamı Kataniyanın keçmişi və bu günü haqqında hekayələr, eləcə də yerli mədəniyyətin ayrılmaz hissəsinə çevrilmiş yunan mifləri müşayiət edir. Şəhər 1169-cu ildə baş verən zəlzələ nəticəsində tamamilə məhv olsa da, Etna dağının güclü püskürməsi zamanı lava və küldən yenidən canlanıb. Çəhrayı badam ağacları, qırmızı püstə kolları, ərik bağları, bərkimiş vulkanik lava ilə döşənmiş və barokko memarlıq nümunələri ilə bəzədilmiş şəhərə çevrilib.

Vulkan dəfələrlə şəhəri dağıdıb, amma Kataniya zümrüd quşu kimi yenidən doğulub. Memarlıq nöqteyi-nəzərindən baxsanız, Kataniya məhz qara vulkanik daşdan, barokko üslubunda binalarının rənginə görə İtaliyanın ən qeyri-adi şəhərlərindən biridir. Burada sakinlər Avropanın ən aktiv və böyük vulkanı ilə mürəkkəb münasibətlərə malikdirlər.

Şəhərin küçələrində qara qumlar görünür, havada toz hiss edilir. Ancaq italyanlar lavanı düzgün istiqamətləndirməyi, yolların və binaların tikildiyi tikinti materialına çevirməyi öyrəniblər.

Mafiyanın sinonimi

Kataniya möhtəşəm sarayları, dəbdəbəli kilsələri ilə zəngindir. Massimo Bellini Teatrının qarşısında axşamlar ifa edən orkestrin sədaları bütün şəhərdə eşidilir. Siciliyanın bu liman şəhərinin adı "mafiyanın sinonimi" kimi çəkilsə də, bəstəkar Vinçenzo Bellini bu şəhər üçün ən dəyərli şəxsiyyət hesab edilir. Hava limanından tutmuş şəhəri bəzəyən memarlıq nümunələrinə qədər görkəmli bəstəkarın adını daşıyır. "Sinyor Bellini dünya musiqisinə 11 möhtəşəm opera bəxş edib",- deyə cənublular qürurla bildirirlər.

Hər bir Avropa şəhərində olduğu kimi, Kataniyada da ilk səyahət ediləcək yer köhnə şəhərdir. Şəhərin mərkəzi kafedralların və meydanların tikildiyi tünd lava və açıq qum daşının kontrastına görə UNESCO tərəfindən qorunur. Meydanın mərkəzində şəhərin simvolu - "Fontana dell Elefante" adlı gülən fəvvarə yer alıb. Kataniya sakinləri onun narahat Etnanı sakitləşdirmək üçün sehrli bir xüsusiyyətə sahib olduğuna inanırlar. Yerlilər Etna dağına canlı varlıq kimi baxırlar. Turizm şirkətləri Etnaya turlar təşkil edirlər (60-75 avro). "Əvvəllər turistlər buralara gəlməyə sanki ehtiyat edirdilər. Axı, Siciliya deyəndə ilk növbədə "mafiya" yada düşür. Ancaq sonradan dünya turistləri cənubda daha çox tarixin, mədəniyyətin və istiqanlı insanların olduğunu gördülər. Artıq buralar, xüsusən yay aylarında turistlərlə qaynayır", - deyə yerli sakin məlumat verir.

Bərəkətli ada torpağı

Yerli italyanların yaşayışına bələd olmaq üçün tarixi bazara baş çəkmək lazımdır. Bazarda heç vaxt rastlaşmadığmız meyvə və tərəvəz, evdə hazırlanmış pendir və digər ərzaqların, şərab və balıq çeşidlərinin dadına baxmaq fürsəti də verilir. "Ada torpağı bərəkətlidir",- yerli italyanlar belə deyirlər: "Qəzəbli vulkan hər 150 ildə bir dəfə bir kəndi məhv edir. Lakin insanlar Etnanı tərk etmirlər, çünki onun sayəsində yerli torpaq inanılmaz dərəcədə münbitdir. Bu, kataniyalıları dönə-dönə burada məskunlaşmağa məcbur edir. Siciliyadakı ən dadlı tərəvəz və meyvələr Kataniya yaxınlığında yetişir. Buna görə Kataniyaya - "Etnanın qızı" da deyirlər".

Kataniyanın labirintlərində hər addımda kafelərlə qarşılaşırsan. Pizza, spagetti, ən təzə inqrediyentlərlə zəngin paninilərin qiyməti 10-25 avro arası dəyişir.

İyul-avqust aylarında dükanlarda olan endirimlər turistlər üçün alış-verişi əyləncəli macəraya çevirir. Siciliya günəşinin yandırıcı istisindən qaçıb dükanlarda daldalananlar da az deyil.

Kataniya çimərlikləri isə tərtəmiz, zümrüd suları ilə turistlərin ən sevimli istirahət məkanlarıdır.

İnsanları tələsməyən şəhər

Cənublular şən, səs-küylü, ünsiyyətcil insanlardır. Danışmağı daha çox xoşlayırlar. Hətta qarşısındakı italyan dilini bilməsə də, azacıq ünsiyyətdən sonra köhnə tanışın kimi danışır.

Gün batmağa yaxın yerli sakinlər dəniz sahilində toplaşırlar. Onları seyr etmək xüsusi zövq verir. Burada bir neçə nəsil görüşür: uşaqlar qaçışır, gənclər əl-ələ tutub söhbət edir, qocalar kart oynayır, itləri ilə gəzir, balıq tuturlar. Bu şəhərdə insanlar tələsmir. Amma miqrant axınından sonra digər şəhərlərdə olduğu kimi Kataniya və ətraf ərazilərdə də oğurluq, küçələrin zibillənməsi kimi hallar çoxalıb.

Turistlər Karleone ailəsinin izinə düşürlər

Kataniyada metro yoxdur. Amma şəhərdaxili və şəhərətrafı nəqliyyat - avtobus və qatarların hərəkət cədvəli mükəmməl qurulub. Təcrübəli turistlər də bu fürsətdən istifadə edib rahatlıqla səyahət marşrutlarına Kataniya yaxınlığında Taormina, Sirakuza və Messina kimi füsunkar şəhərləri daxil edirlər.

Taormina - adanın əfsanəvi kurort şəhəridir. "Siciliyanın gözəli" bizi də məftun edir. Üç min illik keçmişə sahib şəhər Siciliyanın kiçildilmiş tarixi, əsrlərdir sənətin ürəyinin döyündüyü yer hesab edilir. Taormina bəzi mənbələrdə "Aralıq dənizinin incisi" də adlandırılıb. Dünyaca məşhur "Xaç atası" filminin çəkilişləri Taormina və onun ətrafında gerçəkləşib. Turistlər burada Karleone ailəsinin izinə düşürlər.

Sirakuza - Siciliyanın tarixi şəhəridir. Yunan tarixçiləri buranı "ən böyük yunan şəhəri" adlandırıblar. Ərəblər adanı zəbt edənə qədər Siciliyanın paytaxtı olub.

2005-ci ildə UNESKO şəhəri bütünlüklə Dünya İrsi Siyahısına daxil edib. Böyük alim Arximed də bu şəhərdə doğulub.

Messina - adanın ən böyük limanıdır. Siciliyanın "dəniz qapısı" da adlanır. Bu şəhərdə Homerin mifik qəhrəmanlarının yaşadığı, əfsanəvi Odisseyin bu sularda üzdüyü deyilir. 1908-ci ildə dəhşətli sunami nəticəsində dağılan, 1943-cü ildə ABŞ-nin bombardmanı nəticəsində zədələnmiş, zəlzələdən zərər görmüş şəhər bu gün tarixiliyi və müasirliyi birləşdirməklə gələn qonaqlarını valeh edir.
İnsanları tələsməyən şəhər: "İtaliya çəkməsinin burnu"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 845   Tarix: 02 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021