Vasif Talıbovla oğlunun yerinə onlar deputat seçildi
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası Ali Məclisə keçirilən seçkilərin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 45 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanıb.
"Qafqazinfo"nun "Unikal"a istinadən məlumatına görə, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yerinə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov deputat seçilib.
Belə ki, Vasif Talıbovun deputat seçildiyi 7 saylı Aralıq seçki dairəsi indi 7 saylı Xanlıqlar seçki dairəsidir. Bu dairədə 63,09 faiz səslə Azad Novruzov lider namizəddir.
V.Talıbovun oğlu Seymur Talıbovun deputat olduğu 25 saylı Naxçıvan şəhər seçki dairəsindən isə budəfəki seçkilərdə Xumar Məmmədova deputat mandatı qazanıb. O, 55,40 faiz səslə qeyd edilən dairədə birincidir.
X.Məmmədova Naxçıvan Dövlət Universitetinin "Jurnalistika və xarici ölkələr ədəbiyyatı" kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktorudur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA
"Artıq başqa Sevdayam, anayam"
Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi
Sifariş etdiyi yeməyin içindən canlı siçan balası çıxdı - restoran bağlandı - VİDEO
Avtobusda təcavüzə məruz qaldığını ərinə danışan qadın aldığı cavabdan yıxıldı - VİDEO
Ali təhsil 3 ilə endirilməsi TƏKLİF OLUNUR: Diplomun müddəti qısalır, bəs keyfiyyət necə olacaq?
"80-lər" trendinə qoşulanlara ciddi xəbərdarlıq: Məlumatlarınız oğurlana bilər!
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - FOTO
Haradan haraya! Bu uşağı indi dünya tanıyır
Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Səhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?
Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər
Acun: "Bugünkü uğurumun sirri əslində tənhalıqdır"