"Səkinə dayıqızı nay-nay", "Ay xalam qızı..." - Azərbaycanda bu mahnılar qadağan ediləcək?

"Səkinə dayıqızı nay-nay", "Ay xalam qızı..." - Azərbaycanda bu mahnılar qadağan ediləcək?Musiqinin insan psixologiyasına, onun dünyagörüşünə, mənəvi dünyasının formalaşmasına təsiri olduqca böyükdür. Xüsusən də yetkinlik dövründə olan gənclər mahnıların, musiqilərin təsirinə daha tez düşür. Araşdırmalara görə, musiqi beyində dopamin adlanan kimyəvi maddənin yaranmasına səbəb olur. Bu maddə sayəsində narahatlıq aradan qalxır, stress azalır və əhval-ruhiyyə yüksəlir.

Lakin musiqilər hər insana müxtəlif təsir gücünə malikdir. Musiqinin insanı depressiyadan xilas etdiyini desələr də, bəzən əksinə də olur. Gənclər yanlış musiqi seçimi ilə nəinki dincəlir, olan-qalan əsəblərini də bu musiqilərə qurban verirlər.

Qısası mahnıların, musiqilərin insan həyatına təsirsiz ötüşmədiyini deyə bilərik.

İndi isə qayıdaq Milli Məclisin qərarı ilə təsdiqlənən qohum evliliklərinin qadağa məsələsinə. Bu qərardan sonra Azərbaycanda qohum evlilikləri rəsmən qadağan edildi. Yəni əmioğlu-əmiqızı, bibiqızı-dayıoğlu, xalaoğlu-xalaqızı və s. ailə qura bilməz. Bəs bu gənclər arasında sevgi-məhəbbətin yaranmasına səbəb olan amillər necə olacaq? Məsələn, ölkəmizdə gəncləri bu izdivaca ruhlandıran nə qədər mahnılarımız, musiqilərimiz, şerlərimiz var. Toylarımızın, şənliklərimizin məşhur mahnılarından sayılan "Qonşumuzda bir quyu var, əmi qızı", "Səkinə dayıqızı nay-nay", "Ay xalam qızı" və sair. Hələ son aylarda bütün sosial şəbəkələrdə trend olan - Ay getdi batan yerə,

Mələklər yatan yerə.

Əmiqızı qurban olsun

Əmioğlu yatan yerə - mahnısını demirik.

Bəs bu mahnıların, musiqilərin, aqibəti necə olacaq? Həmin mahnılar efirlərdən, toylardan yığışdırılacaqmı?

Mövzu ilə bağlı Publika.az-a danışan millət vəkili Fazil Mustafa bildirdi ki, bu qanunların mahnılarla elə bir əlaqəsi yoxdur:

"Bu, mahnıdır, xalq yaradıcılığıdır, yüzlərlə belə mahnılarımız var. Onda gərək "Samovara od salmışam. Yarım gedib tək qalmışam"- mahnısını dinləyən gedib intihar eləsin. Axı belə halların qarşısını almaq üçün mahnını ləğv etmirlər.

Burada sadəcə təbliğat aparılmalıdır, maarifləndirici işlər görülməlidir və insanları bu istiqamətdə daha çox hazırlamaq lazımdır ki, hər hansı bir şəkildə insanlar arasında mənfi ənənə davam etməsin, əsas budur. Ona görə də, biz daha çox buna diqqət yönəltməliyik. Yoxsa mahnıların bununla əlaqələndirilməsini doğru hesab etmirəm".

Şair-yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi isə hesab edir ki, həmin mahnılar qorunub saxlanılmalıdır:

"Məncə onlar bizim adət-ənənələrimizin bir hissəsi kimi qorunub saxlanılmalıdır. Vaxtikən qohum evlilikləri daha çox olub. Çünki insanların yeniyetmə vaxtından başqaları ilə ünsiyyəti az olurdu. Oğlan və qızlar başqa yerdə görüşə bilmirdilər.

İnsanın rahat ünsiyyətdə ola biləcəyi əks cinsin nümayəndələri ancaq qohumlar olurdu. Ona görə də sevgi də, münasibət də, duyğular da elə qohumlar arasında yaranırdı. Amma indi cəmiyyətdə sosial vəziyyət elədir ki, hamı bir-biri ilə ünsiyyətdə ola bilir. Rahat halda ürəyinə yatan insanla əlaqə qurmaq imkanı var. Bu baxımdan artıq o sıxlıq aradan qalxır. Amma sözügedən mahnılar milli mənəvi dəyərlərimizin bir hissəsi kimi qorunub saxlanılmalıdır".

Mövzu ilə bağlı saytımıza danışan, klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov isə qeyd etdi ki, mədəniyyət qanunu yox, qanun mədəniyyəti formalaşdırmalıdır:

"İnsanın düşüncəsi mühitə uyğun formalaşır. Uşaqlıq dövründə bütün informasiyalar insan beyninə bilik kimi daxil olur. Uşaq eşitdiyi, oxuduğu və gördüyü hər şeyin həqiqət olduğuna inanır. Mədəniyyət anlayışının bir cəmiyyət üçün əhəmiyyəti odur ki, gələcəyi formalaşdırır. Yaradıcı sahələr insanların düşüncəsində zamanla oturuşmuş düşüncə yaradır. Mentalitet dediyimiz anlayış zamana və mədəniyyətə bağlıdır. Cəmiyyətdə yazılmamış qayda yazılan qanundan üstün olmamalıdır.

Gələcək üçün sağlam psixoloji mühitin formalaşması üçün hər kəs əlini daşın altına qoymalıdır. Sağlam cəmiyyət sağlam düşüncədən yaranır. Maarifləndirici çağırışlar edilməlidir. İnsanları səhv istiqamətə yönləndirən təbliğatlara yol vermək olmaz. Yaradıcı sahələrdə psixoloji maarifləndirmə aparılmalıdır. İnsanlar qadağaların izahlarını dinləməlidirlər. Mədəniləşmə və müasirləşmə prosesində bütün sahələr üzrə mütəxəssis mövqeyi olmalıdır. Şüuru formalaşdıran və bunu səhv istiqamətə tətikləyən yaradıcı fəaliyyətlərə qarşı elmə dayanıqlı fikirlər inşa edilməlidir. Keçmişdə bütün anlayışlar əzbərə idi. Təbliğ olunan anlayışlar müzakirəsiz tətbiq olunurdu. Heç kim sual vermək istəmirdi ki, niyə belə olmalıdır? Şəxs və ya şəxslər qanunsuzluq edə bilərdi, amma mədəniyyətsizlik yox. Belə bir düşüncə var idi ki, yazılmamış qaydalar yazılmış qanunlardan daha üstün idi. Zamanla bu düşüncə zəifləməyə başladı. Cəmiyyətdə hüquqi düşüncə formalaşmalıdır. Bəzi yanlış yaradıcı təbliğatlara qarşı sərt addımlar atılmalıdır. İnsanların həyatına mane olan, gələcəyi qeyri-sağlam formalaşdıran təbliğat xarakterli fəaliyyətlərə qarşı hüquqi addımlar atılmalıdır. Hüquqi düşüncə qanunun aliliyini təmin edir. Mədəniyyət qanunu yox, qanun mədəniyyəti formalaşdırmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2432   Tarix: 12 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr