Rusiya-Ukrayna müharibəsində YENİ MƏRHƏLƏ: Ərdoğan Putini Krımın qaytarılmasına razı sala bilər? - ŞƏRH

Rusiya-Ukrayna müharibəsində YENİ MƏRHƏLƏ: Ərdoğan Putini Krımın qaytarılmasına razı sala bilər? - ŞƏRHBildiyimiz kimi, Rusiya ordusunun Kursk vilayətində Ukraynaya qarşı əks-hücum əməliyyatın başlaması barədə xəbərlər yayılıb. Kursk vilayətindəki vəziyyətlə bağlı son hesabatında Rusiya Müdafiə Nazirliyi əks-hücum barədə məlumat verməyib. Rəsmi açıqlamada Ukrayna Silahlı Qüvvələrinin bir neçə yaşayış məntəqəsi istiqamətində hücumlarının dəf edilməsindən və Ukrayna Silahlı Qüvvələrinin bir neçə bölməsinin darmadağın edilməsindən söz açılıb.

Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildrib ki, Türkiyə Krımın ilhaqını tanımır. Ərdoğan həmçinin söyləyib ki, Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Son zamanlarda Türkiyə və Rusiya arasında müəyyən məqamlarda yaxın münasibətlər quruldu. Rusiya lideri Vladimir Putin daha əvvəl çıxışlarında bildirmişdi ki, Ukraynanın ələ keçirilən ərazisi Rusiyanın yeni əraziləri hesab olunur. Yəni həmin ərazilər heç bir halda danışıqlar prosesinin mövzusu ola bilməz.

Artıq Rusiya-Ukrayna müharibəsində yeni bir mənzərə formalaşıb. Ukrayna Silahlı Qüvvələri Kurskda xeyli irəliləyiş əldə edib. Ərdoğan Putini Krımın qaytarılmasına razı sala bilər? Krımın qaytarılması ilə Rusiya-Ukrayna müharibəsinin bitməsi mümkündür?

Mövzunu Sonxeber.az-a şərh edən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü hər zaman müdafiə edib. Krım və Krım türklərinin taleyi ilə həmişə maraqlanıb. Xüsusilə son illərdə bu istiqamətdə daha ciddi addımlar atılır:

"Rusiya Krımı işğal və ilhaq etdikdən sonra Türkiyənin münasibəti dəyişməyib. Krım beynəlxalq səviyyədə tanınmış ərazidir. Türkiyə Krımı həmişə Ukrayna ərazisi hesab etdiyindən, Ərdoğanın açıqlaması rəsmi Moskva ilə münasibətlərdə ziddiyət yaratmayacaq. Bunu Putin əvvəldən də bilirdi. Ona görə də Türkiyə Prezidentinin bunu bir daha bəyan etməsində yenilik yoxdur. Krımın Ukraynaya qaytarılması məsələsi danışıqlar yolu ilə, xüsusən Türkiyənin bu məsələni Putinlə razılaşdırması bir qədər çətin olacaq. Ola bilər ki, Kursk və Krım dəyişdirilə bilər. Ukrayna Kurskdan, Rusiya isə Krımdan çıxsın. Bu baş verə bilər".

Siyasi şərhçinin sözlərinə görə, bütün hallarda Rusiya Krımı öz ərazisi hesab edir. Bununla bağlı referendum keçirilib. Bu məsələnin danışıqlar yolu ilə həll edilməsi ehtimalı çox azdır. Müharibəyə son qoymaq üçün Krım daxil olmaqla Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir:

"Ukrayna hakimiyətinin başlıca tələbi Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxmasıdır. Rusiyanın iddia etdiyi ərazilərdə federativ və s. hüquqların verilməsi məsələsini Ukrayna əvvəlcədən bəyan etmişdi və bu baş verə bilərdi. Hesab edirəm ki, Ukrayna Kurska əməliyyat keçirdikdən sonra cəbhədə müəyyən mənəvi üstünlük qazanıb. Bu psixoloji üstünlüyü danışıqlara Rusiya ilə danışıqlara xərcləməz. Perspektivdə Ukraynaya uzaq mənzilli silahların veriləcəyi və bundan istifadə edəcəyi ehtimal olunub. Bu isə müharibənin gedişində ciddi dönüş yarada bilər. Yaxın zamanda danışıqların bərpası, Krımın qaytarılması və müharibənin sonlanması mümkün deyil. Bu bir variantdır və Ərdoğan bu variantdan istifadə etməyə çalışır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1657   Tarix: 12 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr