Ölkədaxili miqrasiyanın qarşısını necə almalı ? - AÇIQLAMA
Bakıda getdikcə artan problemlərdən biri də insan sıxlığıdır. Bunun əsas səbəblərindən biri də paytaxta bölgələrdən kütləvi axının olmasıdır. Bəs görəsən regionlarda yaşayan əhalinin Bakıya axın etməsinin səbəbi nədir ?
Mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirib ki, bunun əsas səbəbi regionlarda işsizliyin artmasıdır:
Elçin Bayramlı vurğulayıb ki, hazırda Republika əhalisinin təxminən 50 faizi Bakı-Abşeron yarımadasında cəmləşib. Bu, əsasən sosial-iqtisadi faktorlarla bağlıdır:
"İşsizlik və gəlir bərabərsizliyi üzündəndir. SSRİ dövründə bizim 7 milyon əhalimiz var idi. Bunun 1 milyon yarımı Bakıda, digərləri regionlarda yaşayırdı. Çünki ölkənin bütün regionları təxminən eyni dərəcədə həyat şəraiti ilə təmin olunmuşdu. 90-cı illərdə SSRİ-nin dağılması nəticəsində iqtisadi xaos yarandı. Bütün fabrik və zavodlar fəaliyyyətini dayandırdı. Regionların əhalisi ağır vəziyyətə düşdü. Beləliklə Bakıya köç prosesi başladı. Həmin dövrdə məcburi köçkünlər də Bakıya üz tutdular. Bakının əhalisi 2-3 dəfə artdı. Əhalinin regionlarda işsiz qamasl gəlir əldə edə bilməməsi ağır həyat şəraitləri məcbur elədi ki, onlar yaşamaq üçün paytaxta üz tutsunlar. Çünki burda iş tapmaq, gəlir əldə etmək imkanları var. Regionlarda isə bu çox çətindir. Bir çoxunda isə demək olar ki, yoxdur. Ölkə əhalisinin böyük qisminin paytaxta dolması çox ağır bir vəziyyətdir. Burda iqtisadi disbalans var. Təkcə Bakı ölkə iqtisadiyyatının 70 faizini təmin edir. Bu o deməkdir ki regionlarda tənəzzül gedir".
Bəs bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır ?
"Bu prosesin qarşısını almaq üçün dövlət ciddi tədbirlər görməlidir. Bütün böyük müəissiələr, Ali məktəblərin əksəriyyəti Bakıdadır. Oxumağa gələn tələbələr universiteti bitirəndən sonra rayona qayıtmır. Çünki bilir ki, orda iş tapa bilməyəcək. Hökumət regionların inkişafına yönəlməlidir. Bunun üçün mailiyyə ayrılmalıdır. Regionlarda zavod, fabriklər açılmalıdır. Təsərüfatın inkişafına dəstək verilməlidir. Bunun üçün bizim kifayəq qədər imkanlarımız da var. Əgər mailiyyə ayrılsa, lazimi addımlar atılsa, əhalinin regionlara geri axını da təbii şəkildə baş verəcək. Dövlət bu məsələ ilə ciddi məşğul olmalıdır. Əhalinin regionlar üzrə yerləşdirilməsini düzgün şəkildə təmin etməlidir. Regionların sosial-iqtisadi inkişafını artırmaq lazımdır ki, ölkə tarazlı inkişaf eləsin. Ölkənin bir hissəsi hər tərəfli inkişaf edib, digər hissəsi tənəzzül edirsə, bu, həmin ölkə üçün utanverici bir haldır".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Temperatur 10° enəcək - Xəbərdarlıq
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər