İcra başçısının sabiq müavininə elektron qolbaq taxıldı
Zərdabın icra başçısının sabiq müavini Əyyub Əzizovun məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinən sabiq məmurun azadlığı üç il müddətinə məhdudlaşdırılıb.
Elektron qolbağa məhkum edilən Əzizov torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozub.
Belə ki, onun Zərdab rayonu Çallı kəndi ərazisində təqribən 186 hektar torpaq sahəsi olub. Təqsirləndirilən şəxs həmin torpaq sahələrində həm özü əkin işləri görüb, həm də başqa şəxslərə icarəyə verib. Əyyub Əzizov özünə məxsus 186 hektar torpaq sahəsi ilə kifayətlənməyərək, Çallı kənd bələdiyyəsinə məxsus torpaq sahələrində də şumlama və əkin işləri aparıb. Söhbət əvvəllər həmin kənd sakini İlqar Bünyatova icarəyə verilmiş 4.21 hektar torpaq sahəsindən gedir.
Məsələ burasındadır ki, İlqar Bünyatovun daha sonra kənd bələdiyyəsi ilə müqaviləsi başa çatıb və həmin torpaq sahəsi kənd sakinləri üçün örüş yeri olaraq ayrılıb. Ancaq Əyyub Əzizov həmin torpaq sahəsinin İlqar Bünyatov tərəfindən təhvil verildiyini görərək sahəni iki il özbaşına becərib və əkib. Nəhayət, 2023-cü ildə yenidən həmin torpaq sahəsini şumlamaq və arpa əkmək istəyərkən onun bu əməli kənd sakinləri və hüquq-mühafizə orqanları tərəfindən dayandırılıb.
Qeyd edək ki, Əyyub Əzizov həm də 2010-2015-ci illərdə Çallı bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 654 Tarix: 13 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabr