COP29 tədbirinə kölgə salmaq istəyənlər kimlərdir? - Almaniyalı deputatın iç üzü ortaya çıxdı

COP29 tədbirinə kölgə salmaq istəyənlər kimlərdir? - Almaniyalı deputatın iç üzü ortaya çıxdıAzərbaycan torpaqları işğal altında olduğu zaman ölkəmizə qarşı ədalətsiz mövqedə dayanan Qərb rəsmiləri, torpaqlarımızın azad edilməsindən sonra qərəzli ritorikaya keçiblər.

Azərbaycanın adı keçən məclislərdə hər zaman düşmən mövqeyi ilə seçilən Avropa Parlamentinin almaniyalı deputatı Frank Şvabe növbəti hücuma başlayıb. F. Şvabe bu dəfə Azərbaycanda "siyasi məhbus" probleminin olduğunu iddia edib. Uzun illərdir ki, avropalı siyasətçilər "insan haqları", "demokratiya", "siyasi məhbus" kimi ifadələrdən istifadə edərək, özlərinə boyun əyməyən ölkələri vurmağa çalışırlar. Azərbaycanda Qərbdən maliyyə dəstəyi alıb təxribatçı fəaliyyətlə məşğul olan xeyli şəxs və onların bağlı olduqları şəbəkələr ifşa edilib.

Bundan sonra belə hücumlar, əslində, gözlənilən idi. Lakin bunu edənlər bilməlidirlər ki, Azərbaycan rəhbərliyi yalnız öz iradəsi və ölkənin milli maraqları çərçivəsində hərəkət edir. Rəsmi Bakı ilə təzyiq dilində danışmağın qeyri-mümkün olduğunu F. Şvabeni tənqid edənlər də yaxşı bilirlər. Hərgah onların məqsədi COP29 tədbirinə kölgə salmaqdır. Əvvəllər də "Avroviziya", Avropa Oyunları, İslam Oyunları və "Formula-1" yarışları öncəsi Azərbaycana qarşı bu cür böhtanlar atılsa da, bədxahlar hər dəfə uğursuzluğa düçar olublar.

Azərbaycanda olmayan siyasi məhbusları axtaran F. Şvabe və onun ağaları Ermənistanda baş verən hadisələrə susurlar. Ölkəmizə qarşı amansız böhtanlar yağdıran bu psevdohumanist deputat 2019-cu ildə Ermənistanda həbsxanada acılıq aksiyası keçirən müxalif jurnalist Mher Yegiazaryanın vəfat etməsi, 2022-ci il iyulun 15-də müxalif siyasətçi Armen Qriqoryanın məhkəmə zalında müəmmalı şəkildə ölməsi faktlarını görməzliyə vurur. Aydın məsələdir ki, onun və digər əqidədaşlarının Ermənistanı tənqid etməyə cəsarəti yoxdur.

Çünki onları danışdıran erməni diasporundan gələn pullardır. Sifariş isə çox sadədir - yalnız Azərbaycana qarşı böhtan kampaniyası aparmaq. Vəziyyət o həddə çatıb ki, ədalət anlayışını itirmiş bu avropalı deputat öz mandatından utanmayaraq, Almaniyanın ictimai kanalı ARD-də Azərbaycan əleyhinə bədii filmin hazırlanmasında yaxından iştirak edib. Bu, onun erməni ağalarından pul qoparmaq üçün təqdim edəcəyi yeganə layihəsi idi. Azərbaycan öz torpaqlarını azad etdiyi zaman ölkəmizin dərhal AŞPA-dan çıxarılmasını dəstəkləyən bu üzdəniraq siyasətçi nəyə görə 2014-cü ildə Krımda baş verən hadisələrdən sonra Rusiyanın bu təşkilatdan çıxarılmasının əleyhinə çıxış etmişdi? Bu, onun ikiüzlü və qərəzli olduğunu, açıq şəkildə Azərbaycana qarşı düşmənçilik apardığını göstərir. Frank Şvabe ölkəmizə böhtan atma yarışında Luis Okampo və ABŞ Konqresinin bir neçə üzvü ilə açıq rəqabətə girərək onları üstələmək və beləcə erməni diasporundan daha yaxşı pul çəkməyin yollarını axtarır.

Bunlara maliyyə ayıran cahillər isə anlamırlar ki, İlham Əliyevə hansısa formada təzyiq etmək qeyri-mümkündür. Prezident İlham Əliyev xalq dəstəyinə arxalanaraq bədxahların bütün cəhdlərini boşa çıxarır. Bunu F. Şvabe və onun əqidə yoldaşları da bilir. Sadəcə, bu onları maraqlandırmır.

Onları düşündürən bu yolda daha çox pul qazanmaqdır. 44 günlük müharibədən əvvəl torpaqlarımız işğal altında olarkən azərbaycanlı qaçqınların taleyi haqda danışmayan F. Şvabe müharibədən sonra Qarabağı könüllü tərk edən ermənilərlə bağlı ardıcıl bəyanatlar səsləndirirdi.

Alman siyasətçi iddia edirdi ki, Azərbaycan bütün xristian abidələrini məhv edəcək. Lakin demokratik dəyərlərdən danışan bu şəxs ermənilər tərəfindən dağıdılan və təhqir edilən müsəlman məscidləri haqqında bir cümlə də danışmayıb. Sadalanan faktlardan görünür ki, Frank Şvabeyə Azərbaycana qarşı böhtan atmaq üçün səbəb lazım deyil. Hətta səbəb olmayanda belə, o, olmayan "siyasi məhbus" problemini gündəmə gətirə bilir. Lakin bu şəxs bilməlidir ki, onun yalanları yalnız erməni ağalarına xidmət edir, Azərbaycanda isə bu deputatın neçə üzlü olduğu artıq yaxşı bilinir.

Ətraflı Baku TV-nin süjetində:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 820   Tarix: 13 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr