Şəhidlərin məlumatlarının vikipediyadan silinməsinə görə AMEA CAVAB VERMƏLİDİR - AÇIQLAMA

Şəhidlərin məlumatlarının vikipediyadan silinməsinə görə AMEA CAVAB VERMƏLİDİR - AÇIQLAMAXəbər verdiyimiz kimi, müharibə illərində könüllü qruplar tərəfindən yaradılan 3 minə yaxın şəhid məqalələri azərbaycanlı vikipediyaçılar tərəfindən tamamilə silinib. Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər.

Biz bu gün şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində ciddi işlərin həyata keçirilməsinə çalışırıq. Amma Qlobal vikipediya fondundan heç bir istək və məhdudiyyət olmadan illərdir məqaləsi olan şəhidlər silinib. Bu isə birbaşa azərbaycanlı vikipediyaçıların şəxsi təşəbbüsü əsasında olub. Bununla bağlı qanunvericilikə hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev deyib ki, şəhid adının əbədiləşdirilməsi, şəhid ailələrinə güzəştlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi var:

"Biz hamımız qanunun tələblərinə hamımı hörmət etməli və ehtiramla yanaşmalıyıq. Şəhidləri qeyri- ensiklopedik şəxslər olaraq qəbul etmək hörmətsizlikdir və yanlış yanaşmadır. Bununla bağlı AMEA-nın dilçilik bölməsi və digər qurumlar öz münasibətini bildirməlidir. Bununla bağlı hər hansı normativ hüquqi aktın qəbul edilməsinə ehtiyac var. Eyni zamanda bu qanunun müddəalarına uyğun çıxış etməklə onların xatirəsini əbədiləşdirmək olar".

Şəmsəddin Əliyevin sözlərinə görə, cinayət və inzibati qanunvericilikdə konkret olaraq belə hərəkətlərin hüquqi qiyməti yoxdur:

"Burada şəhidlərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşənlərin adları aşağılanır. Məsələyə şərəf və ləyaqətin alçaldılması baxımından yanaşsaq Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə həmin şəxslər barəsində işlər aparmaq mümkündür. Əgər bu əməllər bilə-bilə edilibsə, həmin şəxslər məsuliyyətə cəlb edilə bilər. Amma məsələyə ümumi aspektdən yanaşdıqda, Cinayət Məcəlləsində bununla bağlı konkret bir müddəa yoxdur. Belə halların qarşısını almaq üçün həmin şəxslər ictimai qınağa məruz qalmalı, fəaliyyətləri isə məhdudlaşdırılmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1439   Tarix: 13 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr