"3000 şəhid məqaləsinin vikipediyadan silinmə səbəbi araşdırılmalı və hüquqi qiymət verilməlidir" - DEPUTAT

"3000 şəhid məqaləsinin vikipediyadan silinmə səbəbi araşdırılmalı və hüquqi qiymət verilməlidir" - DEPUTATXəbər verdiyimiz kimi 3000 şəhid məqaləsi vikipediyadan silinib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat qeyd edib ki, 3000 şəhidin məqaləsinin vikipediyadan silinməsi dövlətimizə və xalqımıza qarşı hörmətsizlikdir:

"3000 şəhid məqaləsini vikipediyadan silinmə səbəbi araşdırılmalı və hüquqi qiymət verilməlidir. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən və Ali Baş Komandan tərəfindən medalla təltif olunan şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırmaq tərbiyəsizlikdən başqa bir şey deyil. 30 ilə yaxın həsrətində olduğumuz Qarabağ şəhidlərimizin qanı-canı bahasına azad edilib. Dövlətimiz və xalqımız ərazi bütövlüyümüz uğrunda düşünmədən canlarından keçən mübariz oğullarımızın şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 2-də Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, vətənimizin düşmən tapdağı altında qalan hissəsini geri almış, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-sində Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi haqqında Sərəncam vermişdir. Anım gününə bir neçə gün qalmış şəhidlərin adlarının vikipediyadan silinməsini mən hörmətsizlik kimi qiymətləndirirəm".

Deputat qeyd edib ki, dövlət tərəfində şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərilir:

"Mütəmadı olaraq şəhid ailələrinin və müharibə əlillərinin sosial durumlarının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətlərdə mühün addımlar atılır. Bilirisiniz ki, cənab prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Bununla yanaşı qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də dövlətimiz tərəfindən çox mühüm addımlar atılır. Həmçinin onlara sosial-psixoloji dəstək də göstərilir. Bir sözlə ərazi bütövlüyümüz uğrunda canlarından və sağlamlığından keçən şəxslərə, onların ailələrə dövlət tərəfindən daim diqqət və qayğı göstərilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1168   Tarix: 13 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr