Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət etdi
Hesablama Palatasının Kollegiya iclasında "Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə edilib.
Bu barədə Palatadan bildirilib.
Keçirilmiş uyğunluq auditi ilə 47,9 mln. manat maliyyə vəsaiti olmaqla 2021-2023-cü illər əhatə edilib. Audit dövlət büdcəsinin vəsaitləri hesabına dövlət sifarişi üzrə öhdəliklərin yerinə yetirilməsinin, dövlət satınalmalarının planlaşdırılması və icrasının, eyni zamanda dövlət əmlakının qorunub saxlanılmasının, idarə edilməsinin və uçotunun aparılmasının bütün əhəmiyyətli aspektlər baxımından audit meyarlarına uyğun olmaması və uyğunsuzluqların əsasən yayılan olması, eləcə də idarəetmə qərarlarının dövlət resurslarından qənaətli istifadə və artıq xərclərin qarşısının alınması baxımından dövlət sektoru kontekstində düzgünlük meyarlarına bir çox hallarda cavab verməməsi və cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə bağlı mənfi rəyin verilməsi ilə nəticələnib.
Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, maliyyə uçotu, vergi öhdəliklərinin icrası, eləcə də dövlət əmlakının uçotu sahəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə qurum tərəfindən zəruri işlərin görülməsinə, habelə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə dair qərar qəbul olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 843 Tarix: 13 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabr