Əri Cəbrayıldan olan, Yaponiyada yaşayan ukraynalı Polina hamını TƏƏCCÜBLƏNDİRİR - VİDEO
"Muğamı anlamaq mənim üçün çox çətin idi. 10 ildən çoxdur ki, muğam üzərində çalışıram və öyrənirəm. Muğam sanki okean qədər dərindir. Hələ ki, başlamışam. Bütün həyat muğamı başa düşmək üçün bəs etmir. Mən əvvəllər qəzəllər ilə bağlı dərslər alırdım. Muğam üçün qəzəlləri başa düşmək çox vacibdir. Məncə muğamın başlanğıcı qəzəldir.
Sonxeber.az xəbər verir ki, bu sözləri Polina Dessiatnitçenko Apa TV-yə açıqlamasında deyib. O, bildirib ki, tarda ifa etmək çox çətindir. Çünki bu işin xırdalıqları çoxdur. Onu isə hiss etmək lazımdır:
"Mənim bəxtim onda gətirdi ki, Azərbaycanın ən görkəmli muğam ustadlarından dərs almışam. Çox sevinirəm ki, belə imkanlarım var. Vamiq müəllim mənə tək muğamı yox, onu mənalarını öyrədir. Fərqli hekayələr danışır və tarixi haqqında məlumat verir".
Polina düşünür ki, muğam haqqında yazmaq üçün onu ilk növbədə ifa etmək lazımdır:
"Kitabxanalarda muğam haqqında materiallar var. Orada Sovet dövründən qalma şablon muğamlar var. Muğanda elə sözlər və cümlələr var ki, onlar kitabda öz əksini tapmayıb. Bunu ancaq dərslərə öyrənə bilərik. Bu baxımdan ifa etmək dərs prosesində çox vacibdir. Həm də müəllimlər ilə söhbət edən zaman çox suallarıma cavab tapdım. Mən Yaponiyada universitetdə təhsil alıram. Araşdırmalara davam edirəm. Amma informasiyaları əldə etmək üçün ifa mütləqdir".
Ətraflı videomaterialı təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1509 Tarix: 19 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabr