Trampa sui-qəsd cəhdi edən atıcı dünya üçün vəsiyyətnamə yazıb
ABŞ Ədliyyə Nazirliyi keçmiş ölkə lideri və prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdi edən 58 yaşlı Rayan Uesli Rautun məktubunu nümayiş etdirib.
Oxu.Az xəbər verir ki, bu barədə NEWS.ru məlumat yayıb.
Bildirilir ki, məktubda Raut özünün bacarmadığı təqdirdə "işi tamamlaya biləcək" hər kəsə 150 min dollar (təxminən 255 min manat) təklif edir.
"Əziz dünya, bu, Donald Trampa qarşı sui-qəsd cəhdi idi, amma təəssüf ki, mən uğursuzluğa düçar oldum. Mən əlimdən gələni etdim və bütün cəsarətimi buna sərf etdim. İndi işi bitirmək sizin ixtiyarınızdadır. Mən bunu tamamlaya bilənlərə 150 min dollar təklif edəcəyəm", - Rautun yazdığı mətndə deyilir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 947 Tarix: 24 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ərazilərdə sentyabr pensiyaları ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
11 sentyabrNikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb. APA-nın məlumatına görə, İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlə
10 sentyabrÖtmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
Ötən gecə Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 22:00 radələrində Elmir Məmmədlinin idarə etdiyi "Mercedes Vito" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markal
12 sentyabr