Dövlət məmuru 10 il ərzində işə getmədən maaşı necə ALIB?
Taylandda dövlət məmuru işə getmədiyi halda maaş və mükafatlar alıb.
Sonxeber.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb. Nəşrin verdiyi məlumata görə, bu hal ölkədə korrupsiya hallarının artımı ilə bağlı narahatlıq yaradıb. Adı açıqlanmayan məmur Taylandın mərkəzi əyalətində Fəlakətlərin qarşısının alınması və azaldılması departamentində vəzifə tutub.
Sözügedən məmur 10 ildir ki, hökümət ilə bağlı işlərdə iştirak etməyib. O, əsas diqqətini gecə klubunda müğənni kimi karyerasına yönəldib. Bu baxımdan vəzifələrini yerinə yetirməyə vaxtı olmayıb. Bununla yanaşı, gecələri işlədiyi üçün gündüzləri işdən yayınma halları baş verib.
Dövlət məmuru 10 il ərzində nə cəzalandırılıb, nə də nə işdən çıxarılıb. O,yoxlamadan yayınmaq, hərdən töhmət almaq və bəldiyyə sədrinin tələbi ilə sənədləri imzalamaq üçün idarəyə çağırılırdı.
Məmurun qanunsuz əməlləri "Watchdog" adlı Facebook səhifəsində ifşa edilib. Yerli hökümət orqanları yayılan məlumatlar ilə bağlı açıqlama verməyib. Eyni zamanda, işçinin necə cəzalandırılacağı isə hələlik bəlli deyil.
Tayland qanunlarına görə, korrupsiyada əli olan məmurları 1 ildən 10 ilə qədər həbs və 2 mindən 20 min baht məbləğində cərimələr gözləyir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
"Artıq başqa Sevdayam, anayam"
Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Sifariş etdiyi yeməyin içindən canlı siçan balası çıxdı - restoran bağlandı - VİDEO
"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
İki illik viza aldığı ölkədə 2 həftə qala bilmədi: "Burdakı kişilərdə problem var" - VİDEO