Qalmaqallı "Gold Məkan" MMC cərimələndi – Məhkəmə
Nərimanov rayonunda bir neçə binanı sökərək yerində çoxmənzilli bina inşa edən qalmaqallı "Gold Məkan" MMC ("Rahatlığın məkanı Gold") tikinti şirkəti ilə bağlı məhkəməyə şikayətlərin ardı-arası kəsilmir. Bununla yanaşı MMC ilə bağlı növbəti cərimə protokolu da tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, Fətəli Xan Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində iki binanın sökülməsilə bina inşa edən "Gold Məkan"ın İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 528.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Qalmaqallı tikinti şirkəti ilə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 8 oktyabr tarixində hakim Vüsal Qurbanovun sədrliyi ilə "Gold Məkan"la bağlı qaldırılmış işə baxılacaq.
Xatırladaq ki, "Gold məkan" MMC şirkəti uzun müddətdir ki, sakinləri narazı salmaqda davam edir. Narazı sakinlər Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və bir sıra digər qurumlara müraciətlər edib. Dövlət Şəhərsalma Komitəsindən və FHN-dən gələn cavab məktubunda bildirilib ki, sözügedən şirkətin ərazidə tikinti-söküntü işləri aparması üçün heç bir icazəsi yoxdur.
Məlum oldu ki, Bakı Şəhər İcra Hakimiyyəti narazılıq edən sakinlərin yaşadığı bina da daxil olmaqla ərazini "Gold Məkan" MMC-yə icarəyə verib. Lakin həmin sənəddə ərazidə tikinti-söküntü işlərinin aparılmasıyla bağlı heç bir icazə bəndi yoxdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Bu günə olan qızıl və gümüş qiymətləri