"Anım Günü"nə qədər şəhid ailələrinə verilən təqaüdlər ARTIRILSIN - TƏKLİF
Sentyabrın 27-si Azərbaycan Respublikasında "Anım Günü" kimi qeyd olunur. Qanunvericiliklə hər şəhid ailəsinə hər şəhidə görə ayda 600 manat məbləğində təqaüd verilir. "Anım Günü" ilə əlaqədar şəhid ailələrinə verilən təqaüd artırıla bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu mövzu kifayət qədər müzakirə edilir. Mətbuatın və ictimaiyyətin bu məsələ ilə bağlı səsləndirdiyi fikirlərdən aydın olur ki, şəhid ailələrinə verilən müavinət yetərli deyil:
"Həmin məbləğ bugünkü tələblərə cavab vermir. Bunu başa düşmək lazımdır. Milli Məclisdə bu məsələlərə diqqət ayrılmır. Dövlət şəhid ailələri və qaziləri ilə ən yüksək səviyyədə maraqlanmalıdır. Deyə bilərlər ki, şəhid ailələrinə xüsusi diqqət ayrılır. Amma təəssüf ki, müharibədən 4 il keçməsinə baxmayaraq hələ də bəzi şəhid ailələrinin sosial vəziyyətində problemlər var. Bu da xoşagəlməz söz-söhbətlərə səbəb olur".
Ekspertin sözlərinə görə, bu şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı addımlar atılmalıdır:
"Bir-iki tanınmış şəhid ailəsini daimi olaraq televiziya və KİV-lərdə göstərməklə vəziyyət həll olunmur. Buna görə də hesab edirəm ki, bu məsələ tezliklə öz həllini tapmalıdır. Mən ümid edirəm ki, Milli Məclisin yeni komitə üzvləri tez bir zamanda bu mövzunu gündəmə gətirərlər.Şəhid ailələri bu problem bir çox insanı narahat edir. Dövlət büdcəsində kifayət qədər vəsait var. Sadəcə olaraq həmin vəsaiti düzgün yönləndirmək lazımdır. Qarşıda "Anım Günü" gəlir. Həmin müddətə qədər şəhid ailələrinə verilən təqaüd artırılmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1018 Tarix: 25 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabr