"Aztelekom" 76 yaşlı qadının pensiyasını necə mənimsəyir?

"Aztelekom" 76 yaşlı qadının pensiyasını necə mənimsəyir?Artıq bir müddətdir ki, "Aztelekom" istifadəçiləri daima internet təchizatında yaranan ciddi problemlərlə üzləşir. Ölkə ərazisində verilən internetin sürəti qənaətbəxş deyil. Demək olar ki, bütün bölgələrdə eyni problemlər yaşanır. İstifadəçilər zəif "Wi-Fi" bağlantısından, internet keyfiyyətinin və sürətinin aşağı olmasından şikayətçidir. Ötən aydan isə internetin qiyməti 40 faiz artdıqdan sonra sürətində heç bir artım olmaması, əksinə daha da zəifləməsi insanlarda böyük narazılıq yaradıb. Sosial şəbəkələrdə istifadəçilərin böyük əksəriyyəti "Aztelekom"da sadəcə qiymətlər artdı"- deyə, narazılıq etsələr də, ancaq şirkət buna məhəl qoymur.

Bütün bunlar bir yana, əsas təəssüfləndirici məqam isə "Aztelekom"un abunəçilərini özündən asılı vəziyyətdə saxlamasıdır. Deməli, şirkət həm keyfiyyətsiz internet verir, həm qiyməti qaldırır, həm də şəbəkəni tərk edib başqa şəbəkələrə qoşulmağa icazə vermir. Yəni əgər istifadəçi bu şirkətdən ayrılıb digər şirkətlə əməkdaşlıq etmək istəyirsə, 150 manat cərimə ödəməlidir.

Bu barədə Publika.az-a Masallı rayonunun Həsənli kənd sakinləri tərəfindən şikayət daxil olub. Bildirilib ki, "Aztelekom" MMC onları qul kimi istismar edir.

"Hazırda Həsənli kəndində internet verilişində keyfiyyət çox aşağıdır. Amma "Aztelekom" keyfiyyətlə bağlı bizə yağlı vədlər vermişdi. Sakinləri inandırmışdı ki, onların xidmətindən istifadə etsək, sürətli internet əldə edəcəklər. Amma əksini gördük. Əvvəlkindən qat-qat keyfiyyətsiz xidmətlə üzləşdik. Ona görə də, kənd sakinləri "Aztelekom"un xidmətindən imtina edib başqa provayderə üz tutmaq istəyir. Ancaq "Aztelekom" bizə şəbəkədən çıxmağa icazə vermir. Bunun üçün abunəçilərdən 150 manat tələb edir. Səbəb isə ilk başda bağlanan müqavilə göstərilir. Halbuki, biz həmin müqaviləni oxumamışıq. Kəndçinin inamından, saflığından istifadə edərək müqaviləni oxumamış həmin sənədlərə qol çəkdiriblər, xidmət səviyyəsi isə demək olar ki, yoxdur", - kənd sakinləri bildirir.

Kəndin 76 yaşlı sakini Gülnaz Məmmədova da "Aztelekom" tərəfindən aldadılıb. Bu yaşlı qadının evinə internet çəkiblər. Halbuki onun buna ehtiyacı yoxdur. Qadın bildirir ki, ümumiyyətlə internetdən istifadə etmir, telefon işlətmir. Amma şirkət onun evinə internet çəkib və iki aydır ki, yaşlı qadın təqaüdündən müəyyən məbləği "Aztelekom"a verir. O, internetdən imtina etmək istədiyini bildirsə də, şirkətdən ona deyiblər ki, ya 150 manat cərimə ödəməlisən, ya da bir il müddətinə imtina edə bilməzsən.

Maraqlıdır, vətəndaş keyfiyyətindən məmnun olmadığı xidmətdən imtina etmək üçün niyə pul ödəməlidir? Niyə müqavilə birtərəfli, ancaq şirkətin mənafeyi nəzərə alınaraq tərtib olunur? Qarşı tərəf işin keyfiyyətindən razı deyilsə, niyə ona təzminat ödəmək əvəzinə əlavə pul tələb edilir? Bu, insanların haqqına girmək, onları qul kimi özündən asılı vəziyyətdə saxlamaq, istismar etmək deyilmi?

Vətəndaşların problemləri ilə bağlı hüquqşünas Əsabəli Mustafayevin fikirlərini öyrəndik.Saytımıza açıqlama verən Ə. Mustafayev bildirdi ki, bu cür şikayətlər hər gün artmaqdadır.

"Müxtəlif provayderlərdən belə şikayətlər tez-tez olur, ən çox da "Aztelekom"dan. Bildiyimiz kimi, "Aztelekom" bu sahədə monopolistdir. Yəni o icazə verməsə, heç bir yaşayış ərazisinə internet çəkmək mümkün olmaz. Çünki sonradan o dalğa vermir, yəni bu, tamamilə "Aztelekom"un səlahiyyətindədir. Ona görə də, bu səlahiyyətlər "Aztelekom"dan alınmalıdır. Bu, dövlət şirkətidir. Ümumiyyətlə, dövlət müəssisələrinin kommersiya fəaliyyəti ilə məşğul olması düzgün deyil. Çünki bu zaman maraqların toqquşması, monopoliya baş verir. Onlar bu imkanlardan istifadə edərək öz istəklərini həyata keçirirlər. Yəni abunəçi bu provayderdən çıxıb başqa provayderə keçmək üçün mütləq "Aztelekom"un icazəsini almalıdır. Ona görə də düşünürəm ki, bu işdə əhalinin də günahı var. Çünki deyirlər ki, müqaviləni oxumadan imzalamışıq. Bu cür arqumentlər hüquqi arqumentlər deyil. Bildiyim qədər müqavilə bağlandıqdan sonra müəyyən dövr üçün istifadəçilərə pulsuz olaraq avadanlıqlar verilir və bildirilir ki, tutaq ki, il yarım ərzində müştərim olsan, həmin avadanlıqlar sizdə qalacaq. Yox, əgər müqavilədəki vaxtdan tez ayrılan zaman artıq onun pulunu qaytarmalısan. Həmin avadanlığı da bildiyim qədər geri qaytarmaq olmur. Yəni hər şey müqavilədən asılıdır. Düşünürəm ki, belə məsələlərdə hər iki tərəfi qınamaq lazımdır. Həm əhalini, həm də şirkəti. Əhalini ona görə ki, müqaviləni oxumadan qol çəkirlər. Onlara izah etmək lazımdır ki, müqaviləni oxumaq lazımdır. Əgər sizi qane etməyən bir məqam varsa, onu dəyişdirilməsini tələb etmək olar. Müqavilə tətbiq edilib, bütün bəndlər qeyd olunub, müştəri də vaxtından buna etiraz etməyib, ona görə hazırda "Aztelekom"a hüquqi cəhətdən heç bir irad göstərmək mümkün olmayacaq ki, sən niyə 150 manat tələb edirsən?"

Hüquqşünas onu da əlavə etdi ki, belə xidmətlərin göstərilməsində monopoliya olmamalıdır.

"Bu hüququn təkcə "Aztelekom"a verilməsi bazar iqtisadiyyatına uyğun olmayan, rəqabətə zidd olan bir məsələdir.

Bunu da ciddi vurğulamaq lazımdır. Bəlkə də, "Aztelekom" rəqabət içərisində olsaydı, həmin müqaviləni bir az yumşaq tərtib edərdi. İndi məhkəmələr də "Aztelekom"un arxasındadır, çünki bir dövlət qurumudur. Nazirliyin bir strukturudur. Ona görə də, bu məsələlərin daha geniş aspekti var. Söhbət burada təkcə 150 manatın geri qaytarılmasından getmir. Burada çox ciddi iqtisadi məsələlər var".

Ə. Mustafayevin fikrincə belə halların yaşanmaması üçün ilk növbədə əhaliyə çağırış etmək lazımdır:

"İnsanlar oxumadan hər müqaviləyə qol çəkməməlidir. Hökumətə çağırış olmalıdır ki, "Aztelekom"un bu səlahiyyətləri məhdudlaşdırılsın. Çünki belə şikayətlər həddindən artıq artmaqdadır. "Aztelekom" bir çox yaşayış sahələrinə, məsələn, Novxanı bağlarına, Coratın böyük bir hissəsinə digər provayderlərin daxil olmasına imkan vermir".

Kənd sakinlərinin şikayətinə aydınlıq gətirmək üçün "Aztelekom"un mətbuat katibi ilə əlaqə saxladıq.

Suallarımıza cavab olaraq Alida Mustafayeva bildirdi ki, həmin abunəçilər müqaviləyə qol çəkib, öhdəlik götürüblər.

Mobil telefonu olmayan, heç bir internetə çıxışı olmayan tənha bir qadının pensiyasından hər ay pul ayrılması məsələsinə gəlincə isə A. Mustafayeva bildirdi ki, araşdırılacaq və bu barədə sizə rəsmi məlumat göndəriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2403   Tarix: 25 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr