Veteranlara verilən pul 270 manata qaldırılsın - TƏKLİF

Veteranlara verilən pul 270 manata qaldırılsın - TƏKLİFBu gün ən çox müzakirə edilən mövzulardan biri də veteranlara verilən 80 manat təqaüdün artırılmasıdır. Müharibə veteranlarına verilən 80 manat çox azdır. Həmin məbləğ bir veteranın gündəlik ehtiyacını qarşılamır. Hətta müharibə veteranlarının bəziləri o pulu özlərinə dərman almaq üçün istifadə edir.

Belə olan təqdirdə veteranlara verilən 80 manat 27 sentyabr - "Anim Günü"nə kimi nə qədər artırıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Elçin Bayramlı hesab edir ki, yaşayış üçün zəruri olan ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərini nəzərdən keçirdikdə bəzi sosial müavinətlərın məbləği çox aşağıdır:

"Xüsusilə müharibə iştirakçıları və qəhrəmanlarına verilən pullar çox azdır. 80 manat müharibə iştirakçısına verilir və bu məbləğ onun nəqliyyat xərclərini belə ödəmir. Belə olan təqdirdə bu yardımın verilməsinin heç bir mənası qalmır. Ola bilsin ki, dövlət 10 minlərlə müharibə iştirakçısına yüksək məbləğ verə bilmir. Heç olmasa burada differensial yanaşma qoyula bilər. Məsələn ölkədə yaşayış minimumu 270 manatdır. Elə bir forma olmalıdır ki, müharibə iştirakçısı işsizdirsə, əlildirsə onun müavinəti 80 manat yox, 270 manat olsun. Düşünürəm ki, veteranlara verilən müavinət 270 manata çatdırılmalıdır. Dövlətimizin bu məbləği qaldırmaq imkanları var. Ən azı bu məbləği 150-200 manata çatdırmaq olar".

Sosioloqun sözlərinə görə, veteranlara verilən müavinət ən azı yaşayış minimumu qədər olmalıdır:

"Veteranlar da kateqoriyaya bölünməlidir. Yəni elə müharibə iştirakçısı var ki, işləyir və 1000 manat maaş alır. Onun sosial vəziyyətində elə də çətinlik yoxdur. Amma elə veteranlar var ki, onların işi yoxdur, xəstə və əlildir. O, ancaq sosial yardımla yaşaya bilər. 80 manat həmin veteranın heç çörək pulu belə etmir. Elə bir yanaşma olmalıdır ki, balanslaşma olsun. Müharibə veteranları arasında vəzifəsi, evi və maşını olanlar var. Amma bəziləri işsizdir və vəziyyəti ağırdır. 50-100 min nəfərin müavinətini artırmaq istəmirlərsə, heç olmasa sosial vəziyyəti aşağı olanlara əlavə yardımlar edilsin. Bu insan öz vətəni qarşısında borcunu yerinə yetirib. İndi isə həmin veteranların minimum sosial ehtiyacları təmin edilməlidir. Büdcə profisitlərində qalan vəsait sosial layihələrə yönləndirilməlidir. Bu gün uşaq pulunun verilməsi və veteranlara verilən müavinətin artırılması ilə əlaqədar kifayət qədər vəsaitimiz var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1417   Tarix: 25 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr