Reklamlarda sizi aldadanları nə gözləyir?

Reklamlarda sizi aldadanları nə gözləyir?"Reklamında çox tərifləyirdilər, aldım. Ancaq keyfiyyəti reklamda deyildiyi kimi olmadı". Gündəlik həyatımızda bu və ya bu kimi ifadələri çoxlarından eşidirik. Bəs, həqiqətəuyğun olmayan reklamla bağlı məsuliyyət kimin üzərinə düşür? Bununla bağlı qanuna əməl etməyənləri hansı cəza gözləyir?

"Qafqazinfo"nun məlumatına görə, "Reklam haqqında" Qanuna əsasən, reklam istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədilə yayımlanan məlumatdır.

Əvvəlcə ondan başlayaq ki, istehsalı lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. Reklam istehlakçıların seçimini stimullaşdırmalıdır.

Lakin reklam istehlakçını aldatmamalı, çaşqınlıq yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən məhsullarla eyni, yaxud onun əvəzedicisi olan başqa məhsulların bazar nüfuzuna xələl gətirməməlidir. Əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verilməsi haqsız reklamdır. Haqsız reklama isə yol verilmir.

Reklamla bağlı qanunvericiliyin pozulmasına görə cinayət və inzibati məsuliyyət də nəzərdə tutulub.

Belə ki, İnzibati Xətalar Məcəlləsinə görə, əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir.

Reklam barədə qanunu pozan media qurumları da məsuliyyət daşıyırlar. Belə ki, audiovizual media, çap mediası və onlayn media subyektləri tərəfindən reklam və sponsorluqla bağlı "Media haqqında" və "Reklam haqqında" qanunların tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə, hüquqi şəxslər 8000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

Qanunvericiliyin tələblərinin pozulması nəticəsində istehlakçılara xeyli miqdarda ziyan vurulması isə cinayət məsuliyyəti yaradır. Belə ki, Cinayət Məcəlləsinin 198-ci maddəsi bilə-bilə yalan reklam etməyə görə məsuliyyəti nəzərdə tutur. Bu maddəyə görə, əmtəələr və xidmətlər haqqında, habelə onların istehsalçıları haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən üç mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Burada xeyli miqdar dedikdə, 50 000 manatdan yuxarı, lakin 200 000 manatdan artıq olmayan məbləğ, külli miqdar dedikdə isə 200 000 manatdan artıq olan mәblәğ nəzərdə tutulur.

Qanunsuz reklam nəticəsində reklam istehlakçısına dəyən zərər məhkəmənin qərarı ilə təqsirkar bilinmiş reklam fəaliyyətinin subyekti tərəfindən ödənilir.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1584   Tarix: 26 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtomobil bazarında qiymətlər artacaq? - AÇIQLAMA

Avtomobil bazarında son dövrdə canlanma və tələbin artması qiymətlərin gələcək dinamikası ilə bağlı suallar yaradır. Eyni zamanda, avtomobil idxalının həcmi, yeni modellərin bazara daxil olması və valyuta məzənnəsi qiymətlərə təsir edən əsas amillər sırasındadır. 2025-ci ildə Azərbaycana minik avtomobil

10 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr
.

Azərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu

15 sentyabr
.

Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir

8 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü

Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8

21 sentyabr
.

Azərbaycanda elektron satınalmaların dəyəri 2,3 milyard manatı ötüb

Azərbaycanda bu ilin yanvar-iyul aylarında keçirilmiş elektron satınalmaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 0,3 % artaraq 4 596 olub. bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, elektron satınalmaların məbləğ

14 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr