Qalmaqallı binanı alan olmadı - Bu dəfə 22 milyona təklif edilir

Qalmaqallı binanı alan olmadı - Bu dəfə 22 milyona təklif edilirBir müddət əvvəl dövlət nəfinə müsadirə edilən Bakı Oksford Məktəbinin binası satışa çıxarılıb.

"Qafqazinfo"nun məlumatına görə, icra məmuru tərəfindən 24,7 milyon manata satışa çıxarılan obyekti hərracda alan olmayıb.

Ötən gün 2-ci dəfə təkrar hərraca çıxarılmış qeyri-yaşayış binasına heç bir hüquqi və fiziki şəxs tərəfindən sifariş verilməyib.

Bu səbəbdən Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən bina 3-cü dəfə 10 faiz endirimlə təkrar hərraca çıxarılacaq.

Qeyri-yaşayış binası bu dəfə 22 milyon 232 min 700 manata təklif olunacaq.

Qeyd edək ki, məktəb "Baku Steel Company"nin keçmiş sahibi Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilib. Məhkəmədə məlum olub ki, məktəbin tikintisi "Baku Steel Company"dən mənimsənilən vəsaitlər hesabına tikilib və kənar heç kəs məktəbin tikintisinə pul xərcləməyib.

Hökmdə deyilir ki, Rasim Məmmədovun arvadı Mehriban Məmmədovanın rəhbərlik etdiyi Bakı Oksford Məktəbi cinayət yolu ilə qazanılmış pullarla tikilib.

Bu səbəbdən dövlət nəfinə alınmalıdır. Məmmədovun ümumilikdə 70 milyonluq əmlakı müsadirə edilib. Bütün instansiya məhkəmələri bunu qanuni hesab edib.

Maraqlıdır ki, bir müddət əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva məşhur Bakı Oksford Məktəbinin tam müsadirə edilməsinə qarşı çıxıb. Belə ki, məktəbdə payı olduğunu iddia edən Əliyeva məhkəməyə üz tutub. K.Əliyeva şikayətində Bakı Oksford Məktəbinin 1/2 hissəlik payının ona məxsus olduğunu yazıb və bütün instansiyalardan keçmiş işi yenidən başlatmalarını istəyir.

Digər məlumata əsasən, keçmiş administrasiya rəhbərinin qızı ilə birgə hələ də Bakı Oksford Məktəbinin rəhbəri olan Mehriban Məmmədova da maraqlı şəxs kimi işə qoşulmaq istəyir. Hər iki xanım apellyasiya şikayəti vermək üçün birinci instansiyaya - Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət ediblər.

Hələ ki məhkəmə onların müraciətinə baxmayıb.

Qeyd edək ki, Kamilə Əliyeva keçmiş deputat İlham Əliyevin həyat yoldaşıdır. Psixologiya elmləri doktoru, professor K.Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. Vaxtaşırı mediada onun Badamdar qəsəbəsində yerləşən, əsasən, imkanlı şəxslərin övladlarının təhsil aldığı Bakı Oksford Məktəbinin bir hissəsinin sahibi olduğu yazılıb.

Xatırladaq ki, Rasim Məmmədov özü isə 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1163   Tarix: 29 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr