Milli Məclisdə müzakirə: Mikro sahibkarlar üçün yeni imkanlar açılır

Milli Məclisdə müzakirə: Mikro sahibkarlar üçün yeni imkanlar açılırGələn il Azərbaycanda mikro sahibkarların gəlirlərinə vergi güzəştləri tətbiq edilməsi planlaşdırılır. Maliyyə Nazirliyindən mətbuata bildirilib ki, 2025-ci ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır.

Maraqlıdır, bu sahədə hansı vergi güzəştləri tətbiq edilə bilər, hansı addımların atılmasına ehtiyac var?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Vergi üzrə ekspert Mahmud Abasquliyev "Kaspi"yə açıqlamasında bildirdi ki, hazırda Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən, üç nəfər işçisi olan, məcburi dövlət sosial sığorta borcu olmayan, dövriyyəsi 200 mini aşmayan şəxslər mikro sahibkarlıq subyekti kimi dövlət büdcəsinə ödəyəcəyi gəlirlərin 75 faizi vergidən azaddır, yerdə qalanın 20 faizini ödəyirlər. "Yəni, hazırda üç işçisi olanlara 75 faiz güzəşt verilir. Bundan əlavə, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə mikro sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlılığının təmin edilməsi və sosial sığorta yükünün dövlət büdcəsi vəsaiti hesabına kompensasiyası məqsədilə onların ödədikləri sosial sığorta haqqı məbləğlərinin 25 faizi dövlət büdcəsinə ödənilməli olan vergi məbləğindən çıxılır. Burada problem 12 aylıq dövriyyənin 200 minlik olmasıdır. Gələcəkdə bu rəqəmin artması daha yaxşı olardı".

Millət vəkili Vüqar Bayramov isə deyir ki, mikro sahibkarlara güzəştlərin verilməsi vacib məqamlardandır: "Mikro sahibkarların gəlirlərinə güzəştlər var idi. 200 min manatadək olan dövriyyədə 75 faiz gəlir vergisində güzəşt tətbiq olunurdu. Yəni, mikro sahibkarlar əldə etdiyi gəlirlərdən 5 faiz ödəniş edirdilər. Amma 2024-cü ilin yanvarın 1-dən etibarən, sistem dəyişdi. Yalnız 3 və daha çox işçisi olan mikro sahibkarlar bu güzəştlərdən istifadə etmək imkanı qazandılar, nəticədə mikro sahibkar kimi fəaliyyət göstərən, amma işçiləri olmayanlar belə güzəştlərdən faydalana bilmədilər. Bu baxımdan gözlənilir ki, növbəti ildən etibarən mikro sahibkarlar üçün güzəştlər bərpa olunacaq. Müəyyən limit çərçivəsində gəlir əldə edən mikro sahibkarlar əvvəlki illərdə olduğu kimi gəlir vergisindən 75 faiz güzəşt əldə edəcəklər".

Millət vəkili vurğulayır ki, bununla bağlı Milli Məclisdə müzakirələr zamanı təkliflər təqdim edilib: "Gözləntilərimiz ondan ibarətdir ki, 2025-ci ilin yanvarın 1-dən etibarən, limitli dövriyyə çərçivəsində müəyyən dövriyyəsi olan mikro sahibkarlar yenidən güzəşt əldə etmək imkanı qazanacaqlar və onların gəlirlərinə 75 faiz güzəşt tətbiq olunacaq".

İqtisadçı Fikrət Yusifov bildirir ki, ölkədə sahibkarlıq subyektlərinin 90%-dən çoxunu mikro sahibkarlıq subyektləri təşkil edir. Onun sözlərinə görə, mikro sahibkarlığın inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən son illərdə bir sıra addımlar atılmış və hətta pandemiya dövründə mikro sahibkarlığa dəstək məqsədilə 2022/2023-cü illər üçün onlara 75% vergi güzəşti müəyyən olunmuşdu: "Cari ilin yanvar ayının 1-dən həmin güzəşt aradan qaldırıldı və mikro sahibkarlar əvvəlki qaydada vergiyə cəlb olunmağa başladılar. Hesablamalar göstərir ki, bu güzəştlərin ləğvindən dövlət büdcəsinin əldə etdiyi əlavə vəsait 50 milyon manatdan çox ola bilmədi, əvəzində verginin 5%-dən 20%-ə qaldırılması, yəni iki il üçün verilmiş 75% güzəştin ləğvi bir çox sahibkarların fəaliyyətinə son qoydu. Bunu inkişaf etdirmək üçün çıxış yolu mikro sahibkarlıq üçün ən minimal vergilərin müəyyənləşdirilməsidir. Yəni, mikro sahibkarlıq üçün bu vergilər keçid dediyimiz mərhələdə bir növ simvolik xarakter daşımalıdır. Dövlət büdcəsinin həcminin 40 milyard manata yaxın olduğu bir zamanda sahibkarların 90%-dən çoxunu təşkil edən mikro sahibkarların əlindən ümumi məbləği 50 milyon manatı keçməyən güzəşti almaq hansı məntiqə sığa bilər? Bax, bu sual hökumətin yetkililərini ciddi düşündürməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 675   Tarix: 30 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr