Rəhim Rəhimli kimdir? – Dərdini gizli çəkən, televiziyadan iyrənən, heç nəyi olmayan sənətkar

Rəhim Rəhimli kimdir? – Dərdini gizli çəkən, televiziyadan iyrənən, heç nəyi olmayan sənətkarLent.az "Bioqrafiya" rubrikasında ekstravaqant tərzi, açıqlamaları ilə Azərbaycan şou-biznesinə tövhələr vermiş azərbaycanlı bəstəkar, müğənni, aktyor Rəhim Rəhimli barədə məlumat verir. Sentyabrın 30-u onun anım günüdür.

- Rəhim Rəhimli harada və nə zaman anadan olub?

Rəhim Rəhimli 28 dekabr 1976-cı ildə Salyan rayonunun Qaraçala kəndində anadan olub. Vikipediya məlumatlarında doğum yeri kimi Ağdam rayonu göstərilir.

- Rəhim Rəhimlinin televiziya ilə əlaqələri necə başlayıb?

Bu barədə bir müsahibəsində demişdi:

"Mən 12 yaşından televiziyadayam. O zaman "Bənövşə" uşaq xorunun solisti idim. Bir gün Mina xanım Almazlı "Bənövşə" uşaq xoru haqqında proqram hazırlayırdı. Məni də Azərbaycan Radiosuna gətirmişdi. Mən də radioda Əhməd bəy Aşurbəyovla tanış olmuşdum. O, Azərbaycan Televiziyasında kino redaksiyasının müdiri idi. Məni dinləyib dedi ki, bundan nəsə çıxacaq, gəlin, bunu "Gənclik" redaksiyasına göndərək. Odur-budur televiziyaya gedib-gəlməyə başladım. Bəzən vəsiqəm olmazdı, televiziyanın həyətinə damdan atlayardım, bəzən qarajdan girərdim",

- Rəhim Rəhimli yaşadığı müddətdə hansı layihələrə imza atıb?

Rəhim Rəhimli uzun illər Lider TV-də "Dostum" adlı şou proqramı aparıb. Rəhim Azərbaycanın populyar ulduzları, Xalq artistləri Aygün Kazımova ilə "Hər şey düzələr", Xalq artisti Röya Ayxanla "Sən idin" duetlərinə imza atıb.

Həmçinin, A. Kazımovanın məşhur "Sevərsənmi" albomunda Rəhimin bəstələrinə yer verilib. Sənətçi hər iki xanım həmkarları ilə silsilə şəkildə konsertlər verib. Rəhimin sonuncu səs-küy yaradan layihəsi repçilər Nadeer və Ramil Nabranla "Basdalama" dueti olub.
Daha sonra sənətçi 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarına kimi "MTV Azərbaycan" kanalının direktoru işləyib. O, rəhbər olduğu televiziyada bir çox dəyişikliklərə imza atıb.

- Rəhim Rəhimli kimdən küsüb ölkəni tərk etmişdi?

Rəhim Rəhimli bir müddət səhnədən uzaqlaşaraq Türkiyədə yaşayıb, illər sonra Azərbaycana qayıdıb. Onu sənətdən və sənətindən küsdürmüşdülər. Murad Arif bu barədə belə danışıb: "Rəhim Türkiyədən qayıtmışdı. Karyerasına necə davam edəcəyi barədə tərəddüdləri var idi. Çünki ölkədən küskün getmişdi. İsrar etdim ki, "Maşın şou"ya gəlsin. Rəhim verilişə gəlmək istəmirdi. Daha sonra onun saqqızını oğurladım və verilişə gətirdim. Rəhim "Maşın şou"dan sonra Azərbaycanın sevimlisi oldu".

- Bəs televiziyadan soyuduğu halda, necə oldu ki, Rəhim Rəhimli MTV-yə rəhbər gəldi?

- "Elə sənətçilər var ki, onları belə şou proqramlarda aşağılayıb nə bilim, başına su tökəndə, nalayiq hərəkət edəndə mənim zoruma getdi. Danışıram,indinin özündə də pis oluram. İllərini vermiş sənətçilər televiziyada bəzi proqramlara gəlib elə səviyyəyə düşür ki, baxılası deyil... Sənətçi də məcburdur televiziya proqramlarını gəzsin. Onda da məcburdur qalmaqallı proqramlara çıxsın ki, piarını apara bilsin. Bu şeylərə görə mən televiziyadan incimişdim, diksinmişdim. Bir daha televiziyaya qayıtmaq istəmirdim. Amma o "İnstagram"dakı, o televiziyalardakı biabırçılıqları, bəzi sənətçilərin başlarına açılan oyunları görəndən sonra dedim ki, ya bunu mən eləməliyəm, ya da elə mən eləməliyəm" demişdi..

- Rəhim Rəhimli vəzifədən getdikdən sonra nə iş görüb?

İfaçı vəzifədən getdikdən sonra səhnə fəaliyyətinə davam edib, daha çox bəstəkarlıq fəaliyyəti ilə məşğul olub.

- Rəhim Rəhimli hansı həmkarları ilə küsülü olub?

O ölərkən Roza Zərgərli, Faiq Ağayev, Niyam Salami ilə küsülü idi. Rəhim sonuncu dəfə həmkarı Roza Zərgərli ilə aralarında yaşanan qalmaqalla gündəmə gəlmişdi. Bu barədə danışan Faiq Ağayev isə demişdi:

"Bilirəm Rəhimin mənə qarşı çıxış etməyinin səbəbi nə idi və kim onu qızışdırmışdı. Bilirəm ki, ideyanı ona kim vermişdi. Həmin şəxs Rəhimin dəfn mərasimə gəlib, "timsah göz yaşı" töküb. Halbuki, onun ən böyük düşməni o insan idi. Ən böyük düşməni... Rəhimin həyatını puç etməyə çalışan və vaxtını ona sərf edən insanlar gəlib onun dəfnində "timsah göz yaşlarını" tökür. Rəhimə etdiklərinə görə mütləq məsuliyyət daşıyacaqlar. Necə ki, bununla bağlı problem yaşayırlar".

- Rəhim xarakter etibarilə necə insan idi?

"Çox əliaçıq insan idi. Elə olurdu ki, komandasının maaşları, yaxud qonorarları gecikəndə bayramqabağı olduğu üçün toyda qazandığı ilə onların pulunu verirdi", - aparıcı Zemfira Adıgözəlova bu barədə danışarkən deyib.

- Rəhim Rəhimlinin başqa xəstəliyi var idi?

Dostları onun öz ölümünü hiss etdiyini, canı ağrıdığını, amma bunu heç kimə bildirmədiyini, hər zaman pozitiv görünməyə çalışdığını deyirlər. "Son vaxtlar əhvalı çox pis idi. Tez-tez gözləri dolurdu. Sanki öləcəyini bilirdi, ona hazır idi", - şair Könül Nazimqızı söyləyib.
Müğənni Vasif Məhərrəmli Rəhim Rəhimlinin ağır xəstəlikdən əziyyət çəkdiyini və bunu hr kəsdən gizlətdiyini açıqlayıb.
Vasif Məhərrəmli qeyd edib ki, Rəhimi məclisinə çağırsa da, o, iştirak edə bilməyib. Xəstəliyi səbəbindən şişmiş ayaqlarının videosunu V. Məhərrəmliyə göndərərək üzrxahlıq edib. O, videoda qaraciyərində problemlər olduğunu, bu səbəbdən ayaqlarının şişdiyini deyib.

"Ay Rəhim, Allah sənə rəhmət eləsin! İncimişdim səndən, dostum. Kaş ki inciməzdim, dostum. Məclisə çağırmışdım, gəlməmişdin deyə mənə çəkib video atdın. Kaş ki zəng edəydim, danışaydıq. Deyirdim anamın ən istədiyi müğənni sənsən. Sən çox təmiz adam idin, Rəhim. Bundan sonra bizə "dostum" kəlməsini kim deyəcək, ay Rəhim?!"
Rəhimin yaxın dostu repçi Nadir Nəğdpul onun səhhəti ilə bağlı belə deyib:
"Rəhim açıq havada belə nəfəs ala bilmirdi. Son bir ayda Rəhimin yanına düz 5 dəfə təcili tibbi yardım gəlmişdi. Onun nəfəsi kəsilirdi. Mənə dedi ki, Nadir Qəbələ dairəsində olarkən nəfəsim kəsildi, ətrafdakıların köməkliyi ilə təcili yardım çağırıldı".

- Rəhim Rəhimli son illər daim əlində təsbehlə görünürdü. Dindar idi?

"Mən təsbehi və zikr etməyi xoşlayıram. Dinə gəldikdə isə, mən yalnız və yalnız Allaha inanıram. Ondan başqa heç kəsə" o demişdi.

- Rəhim Rəhimli evil idi?

Yox. O heç bir zaman ailə qurmadı.

- Rəhim Rəhimlidən geriyə nə qaldı?

Yalnız gözəl mahnılar. Onun "Leylican", "Ay maallah" kimi şən mahnıları toylarda sevilərək ifa olunur.Özü barədə danışarkən Rəhim belə demişdi:
"Bəstəkarlar ittifaqının üzvü deyiləm. Mənim, ümumiyyətlə, heç bir şeyim yoxdur. Mənim bir "Youtube" kanalım, "İnstagram"ım yoxdur. Mənim bir arxivim yoxdur. Ölüm-itim dünyasıdır, sabah, biri gün ölüb gedəcəm, amma heç nəyim yoxdur".

- Rəhim Rəhimlinin ölüm səbəbi nə oldu?

2022-ci il sentyabrın 30-da ürək tutmasından 46 yaşında vəfat etdi. O, Bülbülə qəbiristanlığında torpağa tapşırıldı. Sənət dostları onu son mənzilə alqışlarla yola saldı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1492   Tarix: 30 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qarabağ"ın Avropa Liqasındakı rəqibi bilindi

"Qarabağ" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub. xəbər verir ki, təmsilçimiz "Vestri" (İslandiya) ilə qarşılaşacaq. "Qarabağ" ilk oyunu evdə keçirəcək. 09:32. "Qarabağ" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindək

16 iyun
.

Abbas Əraqçı: "Vaşinqton və Tehran arasında yeni danışıqlar prosesi başlayacaq"

"Anlaşma memorandumunun imzalanmasından sonra İran və ABŞ arasında sanksiyaların ləğvi, həmçinin İslam Respublikasının nüvə proqramı ətrafındakı münaqişənin həlli ilə bağlı danışıqların növbəti mərhələsinə start veriləcək". TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abba

16 iyun
.

Qəbələdə ev yanıb - Yaralanan var

Qəbələ rayonunun Mirzəbəyli kəndində ev yanıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər mühafizə olunub. Alov yanğında

16 iyun
.

Sosial mediada etiraz dalğası yaradan iş elanı - FOTO

Türkiyənin İzmir şəhərinin Çiğli rayonunda fəaliyyət göstərən bir şirkətin ofis üzrə inzibati köməkçi vakansiyası üçün paylaşdığı iş elanı geniş müzakirələrə səbəb olub. türk mediasına istinadən xəbər verir ki, elana əsasən, vakansiyaya yalnız 18-40 yaş aralığında olan qadın namizədlər müraciət edə bilər

16 iyun
.

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Paytaxtın Sabunçu qəsəbəsinin Əliyar Əliyev küçəsini Xətai rayonunun Rövlan Məmmədov küçəsi ilə əlaqələndirən 22 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, iyunun 17-dən marşrut üzrə 14 müasir, ekoloji cəhətdən təmiz CN

16 iyun
.

Rasim İldırım və Zaur Mirzə-Zadə həbs edildi

Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, sayt rəhbəri Zaur Mirzə-Zadə və iş adamı Qoşqar Məmmədovun uzun müddətdir davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub

16 iyun
.

"Estemol Saç Vitamin Mərkəzi" külli mqidarda cərimələndi - Əkilən saç çıxmayıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi "Estemol Baku" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus "Estemol Saç Vitamin Mərkəzi"ni külli miqdarda cərimələyib. Qaynarinfo-nun məlumatına görə, Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan yoxlamalar nəticəsində "AF Busines

16 iyun
.

Bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 17-19-da Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylard

16 iyun
.

DİM təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirəcək. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıtda təşkil olunacaq. Təkrar imtahanda 25-27 may tarixlərində qeydiyyatdan keçə

16 iyun