"Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu"

"Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu""O ölmüşdü, onu Flora xanım həyata qaytardı"

Yəqin ki, bir çoxlarına məlumdur ki, xalq artisti Flora Kərimova bir müddət ginekoloq işləyib. O bildirib ki, atasının arzusu ilə həkimliyə yiyələnib və sonra 3 il bu ixtisas üzrə işləyib:

"1971-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra mən Konservatoriyada oxuya-oxuya 3 il o vaxtkı Əzizbəyov adına Doğum Evində mama-ginekoloq işləmişəm, doğuş qəbul etmişəm... Mən o vaxt yeni doğulan hər körpəyə "bu dünyaya xoş gəldin" deyirdim..."

Flora Kərimovanın mama-ginekoloq işlədiyi dövrdə xilas etdiyi körpələrdən biri Samir Xasıyev illər sonra şəhidlik zirvəsinə ucalır və Mili Qəhrəman olur.

Bunu Moderator.az-a Milli Qəhrəmanın anası Gözəl Xasıyeva deyib. O həmin illəri belə xatırlayıb.

"Mən 1973-cü ildə ildə Samirə hamilə olan vaxtı tələbə idim, Xarici Dillər Universitetində oxuyurdum. Mart ayında sürüşüb yıxıldım. Yıxılanda ağrıdım. Məni o vaxtı Əzizbəyov adına doğum evində yatızdırdılar. Samir dünyaya gələnə qədər mən xəstəxanada qaldım. Çox ağır vəziyyətdə idim. Ümid etmirdim ki, o salamat doğular. Yıxıldığım üçün Samirin boğazına bağırsaq dolanmışdı, doğuş çox çətin idi. O vaxtı sevilən müğənnimiz Flora xanım Kərimova doğum evində mama-ginekoloq işləyirdi. Onun sayəsində Samir dünyaya gəldi, amma ölü doğuldu. Bir müddət nəfəs ala bilmədi, ağlamadı. Ayaqlarından tutub yuxarı qaldırırdılar ki, bəlkə uşaq özünə gələ, ağlaya. Görürdülər ki, alınmır. Flora xanım bir şlankı öz ağzına aldı, birini də Samirin ağzına saldı, başladı ona nəfəs verməyə. Ciyərlərindən suyu çıxarıb çölə atırdı. Haçandan-haçana Samir ağlamağa başladı. Flora xanımı Samir yenidən həyata qaytardı. Flora xanım deyirdi ki, o mübarizə apardı, qəhrəman oldu. Mən onu gələcəyin qəhrəmanı kimi görürəm" deyə Millii Qəhrəmanın anası deyib.

Gözəl xanım deyir ki, hətta Samiri xəstəxanada dəyişik də salıblarmış.

"Bir-iki gündən sonra Samiri gətirib mənə verdilər ki, yedizdir. Gördüm ki, bu Samir deyil. O vaxtı ananın adı yazılırdı uşağın üstünə. Mən dedim ki, bu mənim uşağım deyil. Məni qınadılar ki, ana uşağını tanımır. Dedim ki, mən uşağımı tanıyıram, bu mənim uşağım deyil. Uşaq da sarışın rus uşaqlarına bənzəyirdi. Dedilər ki, baş həkimə gedib şikayət edəcəyik ki, ana uşağına yaxın durmur. O vaxt uşaqların hamısı bir otaqda idi. Gördüm ki, mənim uşağımın üstünə yazıblar ki, Nataşa. Sonra məndən üzr istədilər" deyə o bildirib.

Gözəl Xasıyeva deyir ki, Samirin Milli Qəhrəman kimi doğulmasında Flora xanımın da payı var:

"Samir 1995-ci ildə şəhid olub. Samirin ilk döyüşü Ağdamın Mərzili kəndindən başlayıb. Bu döyüşlərdə yaxından iştirak etdiyi üçün Samiri Bakıya gətirirlər. Hərbi nazir öz əli ilə onun qoluna "Azərbaycan ordusu" saatını bağlayır. Samir yenidən döyüş bölgəsinə qayıdıb Ağdam, Ağdərə, Tərtərdə qızğın döyüşlərdə iştirak edir. Samir Tərtər döyüşlərində iştirak etdiyi üçün ona 10 min manat pul mükafat verdilər və 2 aylıq zabitlər kursuna oxumağa göndərdilər. Həmin vaxtı Samir kontuziya da almışdı. 2 ay zabitlər kursuna getdi, orada iki aya iki ulduz aldı. Bakıda işləməyə göndərdilər, amma 3 gündən sonra yenidən cəbhəyə qayıtdı. Biz nə qədər desək də onu yolundan döndərə bilmədik. 1995-ci ildə dövlətçiliyimizə qarşı qəsdin qarşısını alarkən şəhid oldu. 1995-ci ildə Samirin adı keçmiş Montin parkına verildi. 1996-cı ildə mart ayının 16-da Samirin büstünün həmin parkda dövlət səviyyəsində açılışı oldu. Ölümündən 13 gün sonra Ulu Öndərimiz ona "Milli Qəhrəman" adını verdi. Samir çox arzulayırdı ki, Flora xanımı o da görsün. Təəssüf ki, qismət olmadı. Mən də çox istəyirdim ki, Flora xanımı görüm, görüşüm. Tədbirlərdən birində bu mənə qismət oldu. Milli Qəhrəman haqqında bir tədbir təşkil etmişdilər. Xoşbəxtlikdən mən də, Flora xanım da orada iştirak edirdik. Özümdən biixtiyar ayağa qalxıb dedim ki, Flora xanım mən sizin işıqlı dünyaya gətirdiyiniz Milli Qəhrəman Samir Xasıyevin anasıyam. Flora xanım hönkürtü ilə ağladı, dedi ki, demək ki, onun qəhrəman olmasında mənim də payım var imiş. Mən fəxr edirəm ki, oğlum vətənin azadlığı uğrunda canından keçib" deyə Milli Qəhrəmanın anası Gözəl Xasıyeva deyib.
"Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu""Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu""Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu""Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1881   Tarix: 30 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr