Makronun adamları Bakıda istintaqa cəlb olunublar - ŞOK DETALLAR

Makronun adamları Bakıda istintaqa cəlb olunublar - ŞOK DETALLARBritaniya araşdırmaçı mətbu orqanı olan "flaremagazine.co.uk" "E.Makronun adamları Azərbaycanda istintaq altındadır?" başlıqlı yazı yayımlayıb. Məqalədə Makronun sarayında cərəyan edən beynəlxalq korrupsiya prosesləri və aidiyyəti şəxslərin ifşa olunaraq Azərbaycanda məsuliyyətə cəlb edildiyi kimi yeni sensasion fakt açıqlanıb.

Oxu.Az məqalənin mətnini Azərbaycan dilində olduğu kimi təqdim edir:

"26.09.24

Milyarderlərə beynəlxalq sanksiyaların tətbiqinin bəzi hallarda onlara maddi məqsədlərlə təzyiq edilməsi ilə bağlı olduğu, sonradan onlarla yüksək siyasi dairələr arasında gizli sövdələşmələr edildiyi ilə bağlı iddialar zamanla səsləndirilib.

Bu mövzuda son vaxtlar qabarmaqda olan bir iş xüsusilə diqqət çəkir.

2018-ci ildə azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədov dünyanın ən bahalılarından olan "Luna" adlı məşhur yaxtasının Dubay şəhərində həbsdən azad edilməsi və gələcəkdə də özünün və əmlaklarının sanksiyalardan qorunması ilə bağlı Fransa Prezidenti E.Makronun mühafizə xidmətinin rəisi Aleksandre Benalla ilə danışıqlar aparıb və A.Benalla 6 140 000 ABŞ dolları məbləğində ilkin rüşvət müqabilində bu məsələni aidiyyəti səviyyələrdə həll edəcəyini öz öhdəsinə götürüb.

Qarşılıqlı razılığa uyğun olaraq, F.Əhmədov həmin pulun yarısını A.Benallanın "BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR"ın Fransa filialında açılmış bank hesabına və A.Benallanın adamı, onun kimi mərakeşəsilli Fransa vətəndaşı olan Anass Derrazın "AL HİLAL BANK"da açılmış bank hesabına köçürüb.

F.Əhmədovun təsərrüfatının bir hissəsi Azərbaycanda olduğundan göstərilən tranzaksiya əməliyyatları Azərbaycanın daxili təhlükəsizlik orqanlarının diqqətini cəlb edib və onlar araşdırmalardan sonra bu faktla bağlı cinayət işi başlayıblar.

Həmçinin, məlum olur ki, daha əvvəl Fransanın özündə A.Benallanın barəsində olan məşhur cinayət işi üzrə bu hissə ört-basdır edilib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq orqanı A.Benallanın törətdiyi cinayətdə iştirakı olan, "xüsusi xidmətləri"nə görə sonradan Fransanın ən nəhəng su və kanalizasiya sistemləri çəkilişlərini həyata keçirən beynəlxalq şirkəti - "Saur" şirkətinin vitse-prezidenti vəzifəsinə yüksəlmiş A.Derrazı Bakıda cinayət məsuliyyətinə cəlb edərək, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçib.

Fotoda Anass Derraz
Makronun adamları Bakıda istintaqa cəlb olunublar - ŞOK DETALLARA.Derraz bununla bağlı Fransanın Azərbaycandakı səfirliyinə müraciət etsə də, səfirlik müraciətlərinin ardı-arası kəsilməyən A.Derrazı müdafiə etməkdə acizlik nümayiş etdirir.

A.Derrazın müdafiəçilərinə məlum olur ki, Fransanın aidiyyəti qurumlarına cinayət işinin detalları ilə bağlı Azərbaycan tərəfinin rəsmi hüquqi sorğusu daxil olsa da, sorğuya cavab verməli olan həmin qurumlar məsələnin mahiyyətinə görə çətin vəziyyət qarşısında qalıblar.

Onlar daha çox beynəlxalq sanksiyada olan şəxslərdən rüşvət alınması mövzusunun ictimailəşməsinin doğuracağı nəticələrdən ehtiyatlanır.

Yaxında uzunmüddətli beynəlxalq qalmaqala çevriləcəyi görünən mövzunu xüsusi diqqətlə izləyirik".

Qeyd edək ki, bütün fotoşəkillərdə Makronun bilavasitə yanında olan məşhur Aleksandre Benalla Makronun şəxsi mühafizəsinə rəhbərlik edib, Fransa Prezidenti Administrasiyası rəhbərinin müavini olub.

Makronun adamları Bakıda istintaqa cəlb olunublar - ŞOK DETALLARMakronun adamları Bakıda istintaqa cəlb olunublar - ŞOK DETALLARMakronun adamları Bakıda istintaqa cəlb olunublar - ŞOK DETALLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1107   Tarix: 30 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr