"AzTV-nin qapısında ağladım.." - Dilarə Əliyeva
Əməkdar artist Dilarə Əliyeva illər əvvəl Azərbaycan Televiziyasında çalışmaq üçün müraciət etdiyini açıqlayıb.
Ölkə.Az bildirir ki, bu barədə sənətçi "Pərvizə görə" layihəsində danışıb.
O bildirib ki, diktorluq üçün müəyyən sınaqlardan keçsə də, seçilə bilməyib:
"1998-ci ildə Dövlət televiziyası diktor elanı verdi. Haradasa 400 nəfərə yaxın namizəd gəlmişdi. Onların içindən iki qız, bir oğlan götürdülər. Orada mən də var idim. Çox sevdiyim Roza xanım Tağıyevanın mənim üçün ürəyi gedirdi. O qədər məni bəyənmişdi ki… Sabir Ələsgərov da var idi. Çox sevə-sevə məni qəbul etdilər. Üç ay orada məşqə getdim. Sonra məni çəkib göstərmişdilər. Sədr demişdi ki, "s" hərfinin tələffüzündə problem var. Ola bilər ki, problem var imiş. Bütün hallarda məni ora götürmədilər. Televiziyanın qapısında elə ağlayıram ki… Göz yaşlarım Ana Kür… Oqtay da məni sakitləşdirə bilmirdi. Mənim üçün faciə idi ki, o qədər gəldim-getdim. Vəziyyətim çox pisdir. Üstündən haradasa 3 ay keçdi, "Pıçhapıç" həyatıma gəldi. İlk efirdən sonra çölə çıxa bilmirdim. İnsanlar o qədər sevib, xoşlayırdılar ki… Nəticə çıxardım ki, nəsə alınmırsa, mütləq şəkildə "alınmadı" deyə düşünməyək. Bu, o deməkdir ki, Tanrı sizin üçün daha gözəl planlar qurur. Dövlət Televiziyasında mənə təklif olunan proqramda olsaydım, bugünkü potensialımı kəşf edə bilməyəcəkdim".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1539 Tarix: 30 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabr