Bu xəstələr üçün XƏBƏRDARLIQ - bunu etməsəniz...

Bu xəstələr üçün XƏBƏRDARLIQ - bunu etməsəniz...İİV infeksiyası və müalicə metodları
"Antiretroviral müalicə İİV-ə yoluxan şəxslərdə ağırlaşmaların qarşısını alaraq, onların həyat keyfiyyətini yüksəldir".

Ölkə.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Zəminə Paşayeva müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Zəminə xanım, İnsanın İmmunçatışmazlığı Virusları (İİV) orqanizmdə daha çox hansı orqan və sistemləri zədələyir?

image_10.jpg (129 KB)

- İmmunçatışmazlığı Virusları ilə yoluxmadan sonra virus insan orqanizmin daxili maye mühitlərində aktivliyə malik olaraq dövr edir. Qanda və digər bioloji mayelərdə dövr edən virus orqanizmdə CD4+ reseptorları olan hüceyrələrə aktiv şəkildə nüfuz edir. Qeyd olunmalıdır ki, müdafiə funksiyasını həyata keçirən orqan və sistemlər bu reseptorlarla xüsusilə zəngindir. Virus onun üçün hədəf hüceyrələr hesab olunan CD4 limfositləri zədələyir. Həmçinin, dərinin, mədə-bağırsaq traktının, tənəffüs, sinir sisteminin, ümumilikdə orqanizmin patogen mikroorqanizmlərə, bakteriya və viruslara, xarici faktorların təsirinə qarşı müdafiə qabiliyyəti zəifləyir. Nəticədə, orqanizmdə geriyə dönən və bəzən geriyə dönməz dəyişikliklər yaranmağa başlayır. İİV-ə yoluxan şəxslərin orqanizmində baş verən bu dəyişikliklər daha çox hallarda özünü dərinin müxtəlif xarakterli zədələnmələri, Kapoşi sarkoması, mədə bağırsaq sisteminin kandidozu, vərəm, müxtəlif mənşəli pnevmoniyalar, ensefalopatiyalar və s. şəklində biruzə verir.

- İİV-ə yoluxma şübhəsi varsa, ilk olaraq insanda hansı əlamətləri müşahidə edə bilər?

- İİV-ə yoluxan şəxslərdə müşahidə olunan kliniki əlamətlər digər infeksion və qeyri infeksion xəstəliklərdə müşahidə olunan əlamətlərlə oxşardır. Belə ki, xəstəlik erkən mərhələlərdə daha çox ümumi halsızlıq, iştahanın zəifləməsi, periferik limfa düyünlərinin böyüməsi, hərarətin yüksəlməsi kimi əlamətlərlə özünü biruzə verir. Sonrakı mərhələlərdə isə İİV viruslarının replikasiyasının sürətlənməsi və virusun səviyyəsinin artması hesabına digər kliniki əlamətlər meydana çıxır. Belə ki, dəridə müxtəlif xarakterli səpkilərin əmələ gəlməsi, ishal, ağız boşluğunun, qida borusunun kandidozu ilə əlaqədar qida qəbulunun çətinləşməsi, hərarətin davamlı yüksəlməsi, çəki itkisi, öskürək və s. əlamətlər müşahidə olunur. Sadalanan kliniki simptomların digər xəstəliklər zamanı da müşahidə olunduğunu nəzərə alaraq, bu əlamətli şəxslərin İİV-ə müayinə olunmaları tövsiyə olunur.
Eyni zamanda, İİV infeksiyası üçün uzun müddətli gizli gedişat da xarakterikdir. Belə ki, bəzən İİV-ə yoluxan şəxslər 2 ildən 10 ilə qədər heç bir kliniki əlamət və simptomatika müşahidə olunmadan yaşaya və virusu digər şəxslərə yoluxdura bilirlər. Buna görə də, azı ildə iki dəfə müayinədən keçməklə, gizli gedişata malik infeksiya zamanı da İİV status barədə məlumat əldə etmək vacibdir.

- Doktor, İİV-ə yoluxan şəxslərdə müşahidə olunan ağırlaşmaların və yanaşı xəstəliklərin müalicəsi necə aparılır?

- İlk öncə qeyd etmək istərdim ki, İİV-ə yoluxan şəxslərin müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, Milli protokola uyğun həyata keçirilir. İİV müsbət statusu təyin olunan hər bir pasiyent ARV terapiyaya cəlb olunmazdan öncə həkim infeksionist tərəfindən ətraflı müayinə olunur, anamnestik məlumatlar toplanır, xəstədə yanaşı xəstəliklərin mövcudluğu araşdırılır, İİV infeksiyası ilə əlaqəli yaranan ağırlaşmalar dəyərləndirilir və kliniki, laborator, instrumental müayinə nəticələri qiymətləndirilir. İİV-ə yoluxan şəxslər üçün xüsusilə əhəmiyyət kəsb edən immunoloji status və virus yükünün səviyyəsinə əsasən xəstəyə müalicə sxemi təyin edilir və opportunistik infeksiyaların profilaktikasına başlanılır.
İİV-ə yoluxan şəxslərin müalicəsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində ambulator və stasionar şəraitdə aparıla bilər. Xəstədə yanaşı xəstəliklər müşahidə olunduğu təqdirdə, həmin ağırlaşmaların ixtisaslaşmış diaqnostikası və ARV terapiya qəbulu zamanı müşahidə olunan yan təsirlərin idarə olunması məqsədilə xəstələr stasionar şöbədə öz müalicələrini davam etdirirlər. Daha spesifik xarakterli ağırlaşmalar aşkar olunan zaman İİV-ə yoluxan şəxslər həmin xəstəliklər üzrə ixtisaslaşmış digər tibb müəssisələrinə yönləndirilirlər.

- İİV-ə yoluxan şəxslər ailə həyatı qura bilərmi?

- İİV-ə yoluxan şəxslər həkim tövsiyələrinə ciddi nəzarət etməklə, ailə həyatı qura bilər. İİV müsbət statusu olan şəxsin İİV infeksiyasını öz partnyoruna yoluxdurmasının qarşısının alınması məqsədilə həmin şəxsə veriləcək vacib tövsiyələrdən biri vaxtında antiretrovirus preparatlarının qəbuluna başlamasıdır. Çünki ARV terapiya İİV-ə yoluxan şəxslərdə virusun qanda müəyyən olunmayan səviyyəyədək enməsini və immunitetin bərpasını təmin etməklə yanaşı, eyni zamanda epidemioloji cəhətdən virusun bir şəxsdən digərinə ötürülməsinin qarşısını alır. Lakin burada vacib məqamlardan biri pasiyentin ARV terapiyaya sadiqliyidir. Xəstələrin müalicə rejiminə düzgün əməl etməməsi, ARV terapiyada uzunmüddətli və periodik fasilələrin verilməsi virusun yenidən aktivləşməsinə, rezistent ştamların yaranmasına səbəb ola bilər.

- İİV-ə yoluxan şəxs üzərində tibbi manipulyasiyalar icra edən zaman, təsadüfi zədələnmələr baş verərsə, hansı tədbirləri görmək lazımdır?

- Bildiyimiz kimi, tibb işçiləri daim infeksion və qeyri infeksion faktorların təsirinə məruz qalırlar. İİV-ə yoluxan şəxslərə tibbi manipulyasiyalar və prosedurlar icra edilən zaman universal təhlükəsizlik qaydalarına riayət olunması vacib şərtdir. Belə halların qarşısının alınması məqsədilə Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən "Tibb müəssisələrində İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları" adlı vəsait dərc olunub və tibb işçilərinin maarifləndirilməsi məqsədilə paylanılıb. Universal təhlükəsizlik tədbirləri İİV-in pasiyentlə tibb işçisi arasında ötürülmə riskinin azaldılmasına yönəldilən tədbirlər kompleksidir.

Bilmək lazımdır ki, təmasdan sonra profilaktika təmas baş verdiyi andan 72 saatdan gec olmayaraq aparıldıqda effektivdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1426   Tarix: 30 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr