Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR - AÇIQLAMA
Son zamanlar sosial şəbəkələrdə tez-tez valideynləri tərəfindən fiziki zorakılığa məruz qalan azyaşlı uşaqların xəbərləri ilə rastlaşırıq. Bəs görəsən bir insanın öz doğma övladına şiddət göstərməsinin səbəbi nədir?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, bunun səbəbi əslində valideynlərin bir-birilərinə olan aqressiyasıdır:
"Valideynlərin övladlarına qarşı əsəbi olmasının səbəbi əslində bir-birilərinə olan aqressiyalarıdır. Onlar bir-birlərinə olan əsəblərini övladlarından çıxarırlar. Bəzi valideynlər evə sevgililərini gətirir və müəyyən münasibətlərə girirlər. Evdəki uşaq bu hadisənin şahidi olur. Bu zaman da istər valideynin, istərsə də yanındakının uşağa qarşı aqressiyası yaranır. Bu da fiziki və ya psixoloji şiddətlə nəticələnir. Belə hallar yolverilməzdir.
Ailə daxilində yaşanan mənfi hadisələrə şahid olan uşaqlarda davranış pozuntuları və psixi problemlər yaranır. Valideynlərin göstərdiyi davranış və duyğular uşaqların emosional həyatlarının portretini yaradır. Xüsusilə də ailə daxilində yaşanan şiddət uşağın psixi sağlamlığına dərindən təsir edir. Şiddət ailə üzvləri arasında bir-birilərinə nəzarət etməyi əsas tutaraq, təhdid etməkdən öldürməyə, cinsi zorakılıqdan təhqir olunmağa kimi bir çox davranışı özündə əks etdirir.
Ailələrdə məişət zorakılığı baş verən zaman qadının psixologiyası pozulur. O, bütün aqressiyasını övladına qarşı münasibətdə ortaya çıxarır. Əvvəlcə psixi zorakılıq ilə başlayır. "Atasısifət" , "nənəsisifət" , "bibisisifət" kimi xitablarla valideyn övladına psixoloji şiddət göstərir. Daha sonra isə yavaş-yavaş fiziki zorakılığa çevrilir. Fiziki şiddət görən uşaqlarda isə zamanla natamamlıq kompleksi, özünəinam və təşviş yaranmağa başlayır".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4539 Tarix: 30 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Torpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA
Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazid
11 sentyabrLəman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Tanınmış jurnalist Ləman Ələşrəfqızı bundan sonra həm də "Space TV"də çalışacaq. xəbər verir ki, o sözügedən televiziya kanalında "Qırmızı xətt" verilişinin aparıcısı olacaq. Bu barədə kanalın rəsmi sosial şəbəkə hesabında bildirilib. Yeni layihəsi barədə fikirlərini bölüşən Ləma
10 sentyabrCekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql
10 sentyabrDİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb. Qaynarinfo xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbayca
10 sentyabrFaciəvi şəkildə ölən bacı-qardaşın yaxınları danışdı (VİDEO)
Əslən Ucar rayonunun Şilyan kəndindən olan 67 yaşlı Füzuli Baxışov və onun bacısı, 51 yaşlı Zərnişan Baxışova Rusiyada faciəvi şəkildə ölüblər. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, sözügedən bədbəxt hadisə ilə bağlı bəzi detallar məlum olub. Mərhumların qohumlarının sözlərin
12 sentyabrPensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sentyabrın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna mali
10 sentyabr