"Aqrar Sığorta" geriləməkdə davam edir - Biznes itkiləri 2 mln. manata yaxınlaşıb
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin 2024-cü ilin ilk səkkiz ayında topladığı sığorta haqqları 11,92 milyon manata bərabər olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 13,1 % azdır.
Valyuta.az-ın məlumatına görə, son bir ildə müştərək sığorta şirkətinin yığımları 1,79 milyon manat azalıb. Belə ki, 2023-cü ilin eyni dövründə "Aqrar Sığorta"nın yığımları 13,71 milyon manat təşkil etmişdi.
Sığorta şirkətinin yığımları azalsa da, ödənişləri 2,7 dəfə artıb və bu ilin yanvar-avqust aylarında 3,46 milyon manata çatıb. Başqa sözlə, şirkətinin ödənişləri 2,17 milyon manat artıb. 2023-cü ilin ilk səkkiz ayında isə ödənişlərin ümumi həcmi 1,29 milyon manat təşkil etmişdi.
Son nəticədə sığorta şirkətinin zərərliyi 9%-dən, 29%-ə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl yerli mediaya açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov şirkətin yığımlarının azalmasını taxılın qiymətində müşahidə edilən enmə ilə izah etmişdi.
Xatırladaq ki, 2020-ci ildə yaradılan "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" 7 sığorta şirkəti tərəfindən bərabər paylarla təsis edilib. Müştərək şirkətin əsas fəaliyyət növü Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 821 Tarix: 30 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
BMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabr