Cərimə olunmaq istəməyən sürücülərin NƏZƏRİNƏ! - Bu hallarda...

Cərimə olunmaq istəməyən sürücülərin NƏZƏRİNƏ! - Bu hallarda...Avtobus zolaqları nəqliyyatın səmərəliliyini və ictimai nəqliyyatdan istifadənin təşviqini artırmaq məqsədilə yaradılıb.

BAKU.WS-in məlumatına görə, bu zolaqlar avtobusların hərəkətini sürətləndirərək, onların digər nəqliyyat vasitələrindən asılı olmadan hərəkət etməsini təmin edir.

Bakıda müxtəlif prospekt və küçələrdə avtobus zolaqları tətbiq edilib və onların istifadəsi ilə bağlı müxtəlif qaydalar var. Avtobus zolaqlarına daxil olmaq birmənalı şəkildə qadağandır və sürücü bu qaydanı pozduğu halda cəzalandırılır. Lakin avtobus zolaqlarına bəzi hallarda daxil olmağa icazə verilir və buna görə cərimə nəzərdə tutulmayıb.
Cərimə olunmaq istəməyən sürücülərin NƏZƏRİNƏ! - Bu hallarda...Nəzərinə çatdıraq ki, Bakıda salınan avtobus zolaqlarının bəzisi müəyyən saatlarda, qalanları isə 24 saat ərzində aktiv olur. Bəzən sürücülər 24 saat aktiv olan avtobus zolağına daxil olmaqla cərimələnir və bunu qanunsuz hesab edir. Lakin xəbərsiz olur ki, avtobus zolağının əvvəlində qoyulan nişanda əgər hər hansı saat göstərilməyibsə, bu o, deməkdir ki, həmin yola 24 saat ərzində daxil olmaqla cərimələnəcək. Lakin yol nişanına hər hansı saat məhudiyyəti qoyuluba, digər vaxtlarda bu yola daxil ola bilər.
Cərimə olunmaq istəməyən sürücülərin NƏZƏRİNƏ! - Bu hallarda...24 saatlıq avtobus zolaqları: Bəzi ərazilərdə günün istənilən saatında avtobus zolaqlarına daxil olan sürücülər xüsusi kameralar vasitəsilə qeydə alınaraq cərimələnir. Məsələn:

Bakı-Sumqayıt şosesi,
Babək prospekti,
Tbilisi prospekti,
Cəfər Cabbarlı küçəsi,
Zivərbəy Əhmədbəyov küçəsi,
Füzuli küçəsi.
Hansı ərazidə, küçədə qoyulmuş nişanda saat qeyd edilibsə, həmin yerdə qadağa yalnız həmin saatlarda qüvvədədir. Hazırda quraşdırılan nişanlarda avtobus zolağına giriş səhər saat 07:00-10:00 və saat 17:00-20:00-da qadağandır.

Qeyd edək ki, avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 cərimə balı qeydə alınır.
Cərimə olunmaq istəməyən sürücülərin NƏZƏRİNƏ! - Bu hallarda...Lakin avtobus zolağına daxil olmaqla bağlı bəzi istisnalar var. Bu hallarda həmin zolaqlara daxil olmağa icazə verilir:

Əgər zolaq digər zolaqlardan 1.5 qırıq-qırıq nişanlanma xətti ilə ayrılarsa, başqa nəqliyyat vasitələrinin bu zolaqla hərəkəti qadağan edilsə də, ümumi istifadədə olan nəqliyyat vasitələrinə maneə yaratmadan yalnız sərnişini mindirmək və ya düşürmək üçün bu zolağa keçib dayanmaq və dərhalda hərəkətə başlayıb zolağı tərk etmək olar.
Yalnız yoldan çıxış və yola giriş yerlərində 1.11 nişanlanma xətti ilə işarələnən yerlərdə bu zolağa qismən daxil olub oradan müvafiq manevri etmək olar.
Digər nəqliyyat vasitələrinin sürücüləri giriş-çıxış yerlərində tətbiq edilmiş 1.11 xəttini kəsərək həmin zolağa daxil olduqda mütləq yoldan çıxmalıdırlar. Həmin zolağa daxil olub giriş-çıxış yerini düz keçərək bu zolaqla hərəkəti davam etdirmək, o cümlədən növbəti 1.11 xətti olan yerdə həmin zolağı tərk edənədək davam etdirmək qadağandır.
Cərimə olunmaq istəməyən sürücülərin NƏZƏRİNƏ! - Bu hallarda...Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, avtobusla sərnişin daşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Hazırda Bakı və Abşeron rayonunun küçə və prospektlərində 29 avtobus zolağı mövcuddur:

"Bu zolaqlarda 329 məlumatverici yol nişanı yerləşdirilib. Bunlardan 132 ədədi qüvvədə olma vaxtını bildirən əlavə məlumat nişanlarıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1402   Tarix: 07 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr