Sənədsiz evlərə "kupça" almaq asanlaşır?

Sənədsiz evlərə "kupça" almaq asanlaşır?Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazilərində çıxarışı olmayan yüzminlərlə fərdi yaşayış evi mövcuddur. Ekspertlərin sözlərinə əsasən, bu evlərə sənəd verilməməsinin əsas səbəblərindən biri onların yaşayış məntəqələri deyil, kənd təsərrüfatı və ya digər təyinatlı torpaq sahələrində tikilməsidir.

Ölkə başçısının 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları" təsdiq olunub. Maraqlıdır, bu qayda sənədsiz ev probleminin həll olunmasına imkan verə bilər?

"Qafqazinfo"nun məlumatına görə, Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli qərarı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nda torpağın bir kateqoriyadan digərinə keçirilməsinin əsaslarından biri də yeni yaşayış məhəllələrinin salınması və ya mövcud yaşayış məntəqələrinin inkişaf etdirilməsi məqsədilə əlavə torpaq sahələrinin ayrılması idi.

Lakin yeni Qaydaların 2.1-ci bəndində torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin daha geniş əsasları müəyyən olunub. Onlardan biri də yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi zərurətidir.

Eyni zamanda, yaşayış məntəqəsinin inzibati sərhədlərinə daxil olmayan kateqoriyası dəyişdirilməli torpaq sahəsində tikinti niyyəti həyata keçirildiyi halda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verilməsinin mümkünlüyü barədə rəy verməlidir. Rəyin tikintiyə icazənin ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara uyğunluğuna dair olması nəzərdə tutulub.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, müəyyən torpaqların təyinatlarının dəyişdirilərək yaşayış məntəqələri təyinatlı torpaqlara çevrilməsindən sonra onların üzərində tikilən evlərə də çıxarışların verilməsi mümkün olacaq. Ekspert "Qafqazinfo"ya bildirib ki, indiyədək bu istiqamətdə müəyyən addımlar atılsa da, uzun illərdir bu prosesin həyata keçirilə bilinməməsinə əsas səbəb bu qaydaların olmaması idi.

Bununla belə, ekspert belə qənaətdədir ki, bir çox ərazilərdə tikilmiş yaşayış massivləri var ki, onlar qadağan olunmuş ərazilərdə salındığına görə həmin əmlaklara çıxarışların verilməsi mümkün deyil.

Bəs torpaqların təyinatı necə dəyişdiriləcək?

Yeni qaydalara görə, torpağın mülkiyyətçisi torpaqların bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı həmin torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması və digər məlumatlar aydın göstərilməklə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməlidir. Müraciətə, həmçinin qanunvericilikdə müəyyən olunan digər sənədlər əlavə olunmalıdır.

Əmlak Məsələləri Dövlət Xidməti müraciətə dair sənədlərin və məlumatların tamlığını, habelə torpaq sahəsinin keçirilməsi təklif edilən kateqoriya üzrə istifadəsinin mümkünlüyünü və digər məlumatların düzgünlüyünü yoxlayacaq. Müraciətdə və ona əlavə olunan sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə, qurum 3 iş günündən gec olmayaraq Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Kənd Təsərrüfatı, İqtisadiyyat nazirliklərinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, habelə mənafeyinə toxunulan aidiyyəti dövlət orqanlarının rəylərinin alınması üçün müraciət edəcək. Aidiyyəti dövlət orqanları 10 iş günü müddətində rəylərini bildirməlidirlər. Göstərilən müddətdə rəylər təqdim edilmədikdə, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi aidiyyəti dövlət orqanı ilə razılaşdırılmış hesab olunur.

Daha sonra Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 15 iş günü müddətində torpaq sahəsinin yerquruluşu qaydasında iki nüsxədən ibarət kağız üzərində və elektron daşıyıcıda yerquruluşu xəritəsi hazırlanacaq. Xəritə müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı və təsdiq edilməlidir. Yerquluşu xəritəsi müraciət və ona əlavə edilən sənədlərlə birlikdə İqtisadiyyat Nazirliyinə təqdim olunacaq.

İqtisadiyyat Nazirliyi isə yerquruluşu xəritəsinin bir nüsxəsini, müraciəti və ona əlavə olunan digər sənədləri 10 iş günü müddətində Nazirlər Kabinetinə təqdim edəcək. Nazirlər Kabineti tərəfindən qərar qəbul edildiyi halda, onun surəti Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olduqdan sonra dövlət torpaq kadastrında 2 iş günü müddətində dəyişikliklər ediləcək və bu barədə müraciət edən subyektə 3 iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat veriləcək.

Qanunvericilikdə müəyyən edilmiş qaydada və müddətdə müraciət edən subyektin ərizəsi əsasında bu dəyişikliklər daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınacaq.Torpaq sahəsinin bir kateqoriyadan digərinə keçirilməsi prosesi dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində bu barədə zəruri dəyişikliklər edildikdən sonra başa çatmış olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1506   Tarix: 07 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr