"Tibb bacıları körpələri qoyub mətbəxdə çay içiblər..."

"Tibb bacıları körpələri qoyub mətbəxdə çay içiblər..."Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən hadisə ilə bağlı məhkəmə gedir.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş gərgin başlayıb.

Məlumat üçün deyək ki, bu iş üzrə üç nəfər - Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli mühakimə edilir.

İlk iclasdan görünən odur ki, həm təqsirləndirilən şəxslər, həm hüquqi varislərdən bəziləri işin istintaqından narazıdırlar. Mehriban Abasquliyeva iki vəkili və bir nümayəndəsi vasitəsilə etirazını məhkəmənin diqqətinə çatdırıb.

"Hadisə vaxtı işdə olan həkimlər uşaqları xilas etmək imkanları olduğu halda bunu etməyiblər. Məsələn, tibb bacıları körpələrin yanında olmalı olduğu halda gedib mətbəxdə çay içiblər. Amma həmin şəxslər bu gün ittiham edilmir. Niyə?", - Abasquliyevanın vəkili Muxtar Mustafayev sual edib.

Fotoda: Mehriban Abasquliyeva
"Tibb bacıları körpələri qoyub mətbəxdə çay içiblər..."Hadisə nəticəsində körpəsini itirən Lalə Ramazanovanın nümayəndəsi də işin istintaqa qaytarılmasında maraqlıdır. Nümayəndə hesab edir ki, bu hadisədə başqa şəxslər də cinayət məsuliyyətinə cəlb edilməlidir.

"Hadisənin necə baş verməsi qalıb kənarda, istintaq başqa yöndə aparılıb. Bundan başqa, hadisə baş verən vaxt xəstəxanada olan bəzi işçilər məsuliyyətə cəlb edilməyib. Halbuki onlar kömək edə bilərdilər. İndi həmin işçilər zərərçəkmiş kimi tanınıblar. Evində olanlar cəlb edilib, iş başında olanlar yox. Hesab edirik ki, bu iş istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, bəzi məsələlərə yenidən baxılmalıdır", - nümayəndə deyib.

Mehriban Abasquliyevanın qardaşı, keçmiş məhkəmə hakimi Çingiz Bəşirov da bacısının müdafiəsində iştirak edir. O, təqsirləndirilən şəxsin nümayəndəsi kimi məhkəmədə iştirak edib.

Çingiz Bəşirov bacısının işinə ilkin istintaq vaxtı düzgün qiymət verilmədiyini deyib, iddia edib ki, müstəntiqlər işdə saxta sənədlərdən istifadə ediblər. Onun sözlərinə görə, sənədlərin əksəriyyətinin əsli olmayıb, təqsirləndirilən şəxslərin adından imzalar atılıb.

Prokuror Orxan Səmədov isə nümayəndənin iddialarına sərt reaksiya verib, məhkəmədən tədbir görülməsini istəyib: "Nümayəndə dövlət orqanını saxta sənədlərdən istifadə etməkdə ittiham edir. Buna yol vermək olmaz. Məhkəmə buna qiymət verməlidir".
"Tibb bacıları körpələri qoyub mətbəxdə çay içiblər..."Bundan sonra Çingiz Bəşirovla prokuror arasında sözlü mübahisə yaşanıb.

Müzakirə edilən digər məsələ hadisə vaxtı xəstəxanada yüngül xəsarət alan 4 işçinin zərərçəkmiş qismində tanınması ilə bağlı olub.

Abasquliyevanın vəkili həmin şəxslərin zərərçəkmiş qismində iştirakına xitam verilməsini istəyir. Müdafiə tərəfi hesab edir ki, həmin şəxslər hadisədə cüzi xəsarət alıblar, amma irəli sürülən ittihamlarda kiminsə yüngül xəsarət almasından söhbət getmir.

Qaldırılan vəsatətlər məhkəmə zalında əyləşən zərərçəkmişləri qıcıqlandırıb. Onlar öz istəkləri ilə zərərçəkmiş kimi tanınmadıqlarını, heç olmaq da istəmədiklərini deyiblər.

İlk iclasda müzakirə edilən sonuncu məsələ isə təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbiri olub. Cinayət işi başlandıqdan sonra müttəhimlərin hər biri haqda ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. İclasda məlum olub ki, bir neçə ay sonra həmin qətimkan tədbiri "polisin nəzarəti altına vermə" qətimkan tədbiri ilə əvəz edilib.

Mehriban Abasquliyevanın vəkili məhkəmədən qüvvədə olan həmin tədbirinin "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri ilə əvəz edilməsini xahiş edib.

Bütün vəsatətlər elan edildikdən sonra Leyla Əsgərova Məmmədovanın sədrlik etdiyi məhkəmə heyəti qərarını elan edib. Qərara əsasən, işin prokurora qaytarılması və əlavə şəxslərin təqsirləndirilən şəxs kimi cəlb edilməsi ilə bağlı vəsatətlər baxılmamış saxlanılıb. Qərarda deyilir ki, bu məsələlərə məhkəmə istintaqı dövründə qiymət veriləcək. Qətimkan tədbirinin əvəz edilməsi ilə bağlı vəsatət isə təmin edilməyib.

İlk baxış iclası oktyabrın 21-nə təyin edilib.

Xatırladaq ki, hadisə bu ilin yanvarında baş verib. Yanğında 7 körpə həyatını itirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1262   Tarix: 07 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr