Ermənilərin 2020-də "əsir götürdüyü" məşhur generalımız...

Ermənilərin 2020-də "əsir götürdüyü" məşhur generalımız...Xəbər verdiyimiz kimi, 2-ci ordu korpusunun komandiri general-leytenant Mais Bərxudarov vəzifəsindən azad edilib. Onun yerinə general-mayor Quliyev Vilayət Bərxuda oğlu təyin olunub.

Azərbaycan Ordusundakı bu kadr dəyişikliyi Mais Bərxudarovla bağlı maraqlı detalları yenidən gündəmə gətirib.

Sonxeber.az Globalinfo.az-a istinadla xatırladır ki, Mais Şükür oğlu Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub.

Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında güləşlə məşğul olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Mais Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.

1993-cü ildə cəbhəyə yollanmağı qərara alsa da, general Valeh Bərşadlı onu yanına çağırıb və hələ tez olduğunu bildirib.

Baş leytenant ikən Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli 735 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2012-ci il tarixli 2305 nömrəli Sərəncamına əsasən isə "Vətən uğrunda" medalına layiq görülüb.

2016-cı il aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi özü də əsgərlərə qoşularaq, Lələtəpə yüksəkliyini və onkilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib. Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə ona general-mayor rütbəsi verilib.

Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mais Bərxudarov "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Vətən müharibəsinin ilk günlərdə onun əsir düşməsi və ya şəhid olması ilə bağlı məlumatlar sürətlə yayılmışdı. Digər məlumat isə generalın mühasirəyə düşməsi ilə bağlı idi. Lakin sonradan Müdafiə Nazirliyinin yaydığı görüntülərdə onun sağ olduğu və xidmətinə davam etdiyi təsdiqləndi.

Bununla belə, onun Cəbrayılın Nüzgar kəndindəki "Vilayət" postunda yaralanması haqda iddialar var. Ümumilikdə müharibə dönəmində 3 dəfə yaralandığı iddia edilsə də, general Bərxudarov bu barədə danışmayıb. Lakin Qubadlıda generalın mühafizəsini təşkil edən Şamxal Abbasovun qəhrəmancasına şəhid olması həm də Mais Bərxudarovun ermənilərin hədəfində olması kimi izah edilir.

"Operativ Media" yazır ki, M.Bərxudarov ön xəttin yarılması, Cəbrayıl, Qubadlı şəhərlərinin azad olunmasında döyüş mövqeyində olub:

"Füzulinin açarı olan 3 hücum istiqaməti, Cəbrayılın taleyini həll edən Mehdili valının yarılması, 7 oktyabr ermənilərin 1000 dən çox şəxsi heyətlə hazırladığı əks hücumun qarşısının alınması, Zəngilana gedən yol üçün çox əhəmiyyətli olan "Əmirvarlı" səddinin yarılması, Qubadlının açarı olan "Yazı Düzü" nün azad edilməsi və Şuşa əməliyyatında Laçın dəhlizindən düşmən təminatının qarşısının alınması bölmələrinə birbaşa döyüş mövqeyində rəhbərlik edib.

2023-cü ilin 19-20 sentyabrında keçirilən antiterror tədbirlərində Mais Bərxudarovun rəhbərlik etdiyi heyət Qırmızı Bazar istiqaməti, Xocavəndin ən yüksək mövqeləri, "Üçtəpə" postu, Xocalının üzbəüz mövqeləri, Xankəndininin hakim yüksəkliklərinin azad olunmasına rəhbərlik edib.

Bütün bunlarla yanaşı, Mais Bərxudarovun adı zaman-zaman "Tərtər işi"ndə hallanır. Onun bu məsələdə hansısa formada iştirakı isə istintaq prosesində təsdiqlənməyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1683   Tarix: 07 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr