Xırdalanın "pulgir yolları" – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir

Xırdalanın "pulgir yolları" – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirirAbşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə icra nümayəndəliyi Xırdalanda yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.

Reportyor.info xəbər verir ki, tenderin qalibi "Proqress İnşaat EN" şirkəti seçilib.
Təmir işləri quruma 1 478 634,87 manata başa gələcək.

"Proqress İnşaat EN" şirkəti ötən ay Xırdalan şəhər icra nümayəndəliyinin iki tenderində qalib olub. Tenderlərdən biri küçə işıqlarının, digəri isə mənzil fondunun təmiri ilə bağlı keçirib.

Şirkət bu iki tender üzə qurumdan 841 247 manatlıq sifariş alıb.

"Proqress İnşaat EN" şirkəti 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur.
Göründüyü kimi şirkət 3 ildir yaradılıb. Bu müddət ərzində "tender kralı"na çevrilib. Hətta o dərəcədə ki, 1 ay ərzində Xırdalan icra nümayəndəliyinin 3 tenderinin qalibi seçilir. Özü də satınalma predmeti fərqli olan tenderlərin. Bu işləri görmək üçün şirkət kifayət qədər güclü maddi-texniki bazaya malik olmalıdır. Amma "Proqress İnşaat EN" şirkətin heç saytı və əlaqə telefonları belə yoxdur.

Açıq mənbələrdə ümumiyyətlə şirkət və qanuni təmsilçisi haqqında məlumata rast gəlinmir.
Bütün bunlar "Proqress İnşaat EN" MMC-nin kağız üzərində yaradılan şirkətlər kateqoriyasına aid olması barədə şübhələr yaradır.
Bir qədər də Xırdalanın yolları barədə.

Dövlət satınalmalarının vahid portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, ötən il də Xırdalanın yollarının təmiri ilə bağlı tender keçirilib. Tenderin qalibi "Xezer Construction" MMC seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 1 927 615,41 manat olub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildə bu vəzifəyə təyin edilib.

Abdin Fərzəliyevin icra başçısı kimi karyerası isə 2003-cü ildən başlayır. O, həmin il Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb. İki il sonra isə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Onun Nərimanov rayonuna rəhbərliyi 2022-ci ilə qədər davam edib.
Onun Xırdalan şəhəri üzrə nümayəndəsi ilə Malik Məmmədovdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1356   Tarix: 07 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr