Azərbaycanda nikah yaşı 20-yə qaldırılır? - AÇIQLAMA

Azərbaycanda nikah yaşı 20-yə qaldırılır? - AÇIQLAMAGünümüzün ən aktual məsələlərindən biri də nikah yaşıdır. Həm mediada, həm də ictimaətdə 18 yaşın belə nikah üçün tez olduğu ilə bağlı fikirlər mövcuddur. Bəs, nikah yaşının 20-ə qaldırılma ehtimalı varmı?

Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Lalə Mehralı danışdı.

Sosioloq açıqlamasında nikah yaşının 18-dən başlamasının əsas tərəflərini vurğuladı. O, gənc yaşda ana olanlarla, 30-35 yaş arası ailə qurub uşaq dünyaya gətirənlərin övladlarının sağlamlıq baxımdından bir olmadığını da qeyd etdi:

"Nikah yaşının qanunla 18 olaraq təyin edilməsi tamamilə normaldır. 18 yaşında evlənən biri üçün erləkən nikah deyə bilmərik. Çünki dövlət ona bu icazəni verib. Onu bir fərd, şəxs olaraq təsdiqləyir və onun da normal bir vətəndaş kimi hüquqları əldə etmiş olur. Bundan sonra isə onun evlilik qərarı tamamilə özünün şəxsi qərarı olur. Ona görə də bu yaşda evlənənə erkən nikah deyə bilmərik. Doğrudur, biz övladımızın, əzizimizin 18-19 yaşında evlənməyin tərəfdarı olmaya bilərik, amma o əgər bunu istəyirsə, nikaha yaşı uyğundur və evlənməsi üçün heç bir problem yoxdur. Təbii olaraq biz istəyirik ki, təhsilini alsın, işini qursun, yaxud işə başlasın, gəlir əldə etsin və bundan sonra ailə həyatı qursun. Belə olduğu halda təhsil istiqamətinə yönələn qızlar adətən evliliyi çox gecikdirirlər. Evlilik yaşını 27-30 yaşına qədər artıranlar da olur. Universiteti bitirirlər, daha sonra magistr və digər təhsil pilləri, kariyera, fərqli istəklər, dünyanı görmək, səyahət etmək vəs. Bunla da yaş ötdükcə evlilik atılır ikinci plana. Təbii ki, xüsusiliklə qadınlarda nəslartırma qabiliyyəti ilə bağlı problemlər yaranır. 20-22 yaşında dünyaya uşaq gətirən qadının övladının sağlamlığı 30-35 yaşında qadının dünyaya gətirdiyi uşağın sağlamlığı eyni olmur. Yəni, 30-35 yaşında ilk doğuşunu edən, qadınlar təbii ki, problemlər meydana çıxır, amma 18-22 yaşında ana olan qadınlarda bu problemlər olmur. Tibbdə də deyilib, bədənin yetişkənlik dövrü, necə deyərlər, nəslartırma qabiliyyəti var ki, bunlar hamısı müəyyən yaşdan sonra zəifləyir.

Bu səbəblərdən dolayı da 18 yaşında evlənmək istəyən biri üçün erkən nikah deyə bilmərik, qanunlarımız ona icazə verir. Bu gün karyerası, işi ilə ailə qurub iksini bir arada idarə edən qızlarımız da var. Onlar bunu bacarırsa niyə də evlənməklərinə qadağa qoyaq?! Əgər zorakılıqla yox özü evlilik üçün könüllüdürsə, buna nə qanunlar, nə də ictimaət qadağa qoya bilməz.
Evlilik yaşının 20 olma ehtimalı məsələsinə gəldikdə isə, məncə olmaz. Qanun 18 yaşımızda bir çox hüquqlarımızı təsdiqləyirsə, dövlət evliliklə bağlı olan qərarımızı da təsdiqləyir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2854   Tarix: 08 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr