MM ekosistemə qəsdən zərər vuranların 15 ilədək azadlıqdan məhrum edilməsini birinci oxunuşda təsdiqləyib
Ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuranların 10 ildən 15 ilədək azadlıqdan məhrum edilməsi məsələsi birinci oxunuşda təsdiqlənib.
Sonxeber.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, Cinayət Məcəlləsinə "Ekosid" anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir.
Dəyişiklik ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllərin 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını nəzərdə tutur.
Təklif olunan dəyişiklik "ekosid" cinayətini beynəlxalq hüquq normalarına uyğun olaraq kriminallaşdırmağı, həmçinin ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiqlənib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 679 Tarix: 08 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xankəndidə nə qədər insan yaşayır?
Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu
11 sentyabrOğlan tələbələrə bu səbəbdən kirayə ev VERİLMİR - AÇIQLAMA
Hazırda yeni tədris ili ərəfəsində bölgələrdən Bakıya gələn tələbələrin kirayə mənzil axtarışı yenidən gündəmə gəlib. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi, bəzi elanlarda isə yalnız qız tələbələrə üstünlük verildiyi müşahidə olunur. Bəs, oğlan tələbələrin kirayə ev tapmaqd
11 sentyabrNikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb. APA-nın məlumatına görə, İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlə
10 sentyabrŞəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub. "Bakupost"a istinadən xəbər verir ki, U.Bayramovun bacısı Xəyalə Bayramova yerli telekanallardan birində yayımlanan süjetə sərt reaksiy
10 sentyabr"Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr b
11 sentyabr