Rüstəm Xəlilovun 766 minə yol təmir etdirəcəyi şirkət kimindir?

Rüstəm Xəlilovun 766 minə yol təmir etdirəcəyi şirkət kimindir?Milli Məclisin III, IV və V çağırış deputatı olmuş, hazırda Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Rüstəm Xəlilov rayonda 766 767,3 manatlıq yol təmirinə başlayır.

Qaynarinfo-nun məlumatına görə, Salyan Rayon İcra Hakimiyyəti bununla bağlı cari ilin sentyabrın 4-də tender elan edib. 12 gün sonra tenderə yekun vurulub. Satınalma müsabiqəsinin qalibi "İS.M.M" MMC seçilib.

Salyan yollarının təmiri ilə bağlı şirkətin təklif etdiyi qiymət 766 767, 3 manat olub. Bu, ehtimal olunan qiymətdən 18 240, 68 manat azdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "İS.M.M." MMC 2 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal Rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.

İndiyədək şirkətin qanuni təmsilçisi iki dəfə dəyişib. "İS.M.M" MMC-nin ilk qanuni təmsilçisi Xudiyeva Mürvəq Xıdır qızı olub. Onu Sadıqov Ceyhun İsmayıl oğlu əvəzləyib. Ceyhun Sadıqovdan sonra isə şirkəti Nadir Xudiyev təmsil etməyə başlayıb.

Hər üç şəxs haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Şirkəti özü haqqında da məlumatlar məhduddur. Bircə o məlumdur ki, "İS.M.M." MMC vaxtaşırı yerli icra hakimiyyətlərinin yol təmiri ilə bağlı keçirdikləri tenderlərin qalibi olur. Məsələn, Salyan Rayon İcra Hakimiyyətindən əvvəl şirkət Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər nümayəndəliyinin yol təmiri ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Nəticələr Salyan Rayon İcra Hakimiyyətinin tender elan etməsindən 5 gün sonraya təsadüf edib. Beləliklə, aydın olur ki, "İS.M.M." MMC Şabranda yol təmirinə hazırlıq gördüyü bir vaxtda Salyan Rayon İcra Hakimiyyətinin də keçirdiyi tenderə qatılıb və qalib gəlib.

Maddi texniki bazası barədə heç bir məlumat olmayan şirkətin təxminən eyni vaxtda iki rayonda keyfiyyətli yol təmir edəcəyi bir qədər inandırıcı görünmür.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1408   Tarix: 08 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr