"Deyib ki, 500 manat verməsən, nəvələrin də öləcək"
"Bacımın yoldaşı 38 yaşında xərçəng xəstəliyindən həyatını itirdi. Bu hadisədən 10 gün sonra iki qaraçı - ata və qızı gəlib bacımın qayınanasına deyib ki, pul verməlisən mən gedib qurban alım kəsim, yoxsa nəvələrin də öləcək. O, 500 manatı ananın hazırkı vəziyyətindən istifadə edərək alıb".
"Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Asim Cəlilov feysbuk hesabında yazıb.
"Daha sonra onun otaqda olmamasından istifadə edərək bacıma deyib ki, sən də qızıl verməsən, uşaqların da öləcək. Bacımdan da qızıl alıb çıxıb gedib. 1500 manat dəyərində ailəyə ziyan vurub", - A.Cəlilov qeyd edib.
Şikayətçi bildirib ki, ailə onkoloji xəstənin müalicəsi üçün böyük maddi sıxıntı keçirib. O, dələduzluqda ittiham etdiyi şəxslərin daha əvvəl də oxşar əməllər törətdiyini deyib: "Xərçəng xəstəsi olan insan üçün nə qədər maliyyə xərcləndiyini isə daha qeyd etmirəm. Yəqin hamı bunu bilir. Eyni zamanda öyrəndim ki, bu ata və qızının ilk işi də deyil".
A.Cəlilov hadisə ilə bağlı sentyabr 27-də polisə şikayət edildiyini deyib: "Lakin bir xəbər yoxdur. Həyətdə olan təhlükəsizlik kamerasında adamların üzləri də düşüb, fotolar polisə də təqdim edilib. Hadisədən 12 gün keçməsinə, adamların fotolarının və videolarının olmasına baxmayaraq bu iki adam hələ də tapılmayıb".
DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza açıqlamasında məsələ ilə bağlı araşdırmanın aparıldığını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1409 Tarix: 09 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabr