Tələbələrə ŞAD XƏBƏR - Bakalavr müddəti 3 ilə endirilə bilər
Ali təhsil müəssisələrində proqramların yenilənməməsi daima gündəmə gəlir. Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.
Nazir bildirib ki, bəzən dəyişiklik edilməməsinin səbəbi təhsilə aidiyyatı olmayan məsələlər olur. Onun sözlərinə görə, ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişiklikliyə hazırıqsa, bunu etmək mümkündür.
Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil məsələri üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycan universitetləri müasir təhsil parametrlərindən xeyli geri qalır:
"Baxmayaraq ki, 2024-cü ildir, Azərbaycan universitetləri hələ də 1985-ci ildən bəri keçə bilməyiblər. Yəni bizim universitetlərimiz hələ də mühazirə-seminar yanaşmasından irəli keçməyib. Tədris materialları, dərsliklərin hamısı köhnədir. Ali təhsil müəssisələrindən məzun olan şəxslər əmək bazarında öz ixtisaslarına uyğun işləyə bilmirlər. Çünki universitetlər müasir dövrün tələblərinə və əmək bazarının çağırışlarına uyğun kadr hazırlaya bilmir. Ona görə hazırlaya bilmir ki, tələbələrin 4 il univeristetlərdə keçirdikləri vaxt ərzində əldə etdikləri biliklər gələcək kariyeralarında onlara lazım olmur".
Ekspertin fikrincə, bir çox ixtisaslarda bakalavr müddəti 3 ilə endirilə bilər:
"Ümumiyyətlə, müasir yanaşmada 4 illik univeristet artıq məqbul deyil. Yəni bizim gənclərimiz əmək bazarına daha tez və çevik hazır olmalıdırlar. Bu gün Azərbaycan universitetlərində bakalavr pilləsinin 4 il olması lazımsızdır. Düşünürəm ki, bir çox ixtisaslar üzrə bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi mümkündür. Misal üçün, jurnalist və ya mühasib olmaq üçün 4 il təhsil almağa ehtiyac yoxdur. Daha qısa müddət ərzində bu kimi ixtisasların bilik və bacarıqlarına yiyələnmək mümkündür. Bu cür ixtisasların sayı olduqca çoxdur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1215 Tarix: 10 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğurladığı keçi və qoçu bişirib yedi: Məhkəmə zalında həbs olundu
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində və Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qoyun və keçi oğurlayan şəxs həbs olunub. Qaynarinfo-nun məlumatına görə, 1986-cı il təvəllüdlü Maştağa qəsəbə sakini Natiq Kərimovun (soyad şərti) Cinayət Məcəlləsinin 177.2.2, 177.2.
24 dekabrYeni İldə neçə gün iş olmayacaq? - Nazirlər Kabinetindən açıqlama
Qarşıdan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar tətil günləri yaxınlaşır. Bununla bağlı sosial şəbəkələrdə ölkəmizdə ardıcıl 7 gün iş olmayacağı haqqında məlumat yayılıb. Yayılan məlumatlarda qeyd edilir ki, dekabr ayının 29-dan etibarən yanvarın 5-nə qədə
24 dekabrKörpü uçdu, kanala düşən kombayn sürücüsü öldü - Foto
Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Sarxanbəyli kəndində olub. Belə ki, kənd ərazisində pambıqyığan kombayn su kanalı üzərində olan körpüdən keçərkən körpü uçub. Nəticədə kombayn aşaraq suya düşüb. Qəzada 37 yaşlı sürücü Nurla
25 dekabrHava şəraiti ilə bağlı gəmilərə - Xəbərdarlıq
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilib ki, dekabrın 25-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyinin 18-2
24 dekabrSabah Bakıya yağış, rayonlara qar yağacaq
Azərbaycanda dekabrın 26-da bəzi yerlərdə yağış və qar yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağı
25 dekabrBu yolda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarınd
25 dekabrElektron siqaret qadağası - Bu tarixdə qüvvəyə minəcək
Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, istifadəsi, topdan və pərakəndə satışına dair qadağa gələn il aprelin 1-dən qüvvəyə minəcək. xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılaca
25 dekabr