Xocavənddə Hərbi Prokurorluq Müdafiə Nazirliyi ilə birlikdə tədbir keçirib

Xocavənddə Hərbi Prokurorluq Müdafiə Nazirliyi ilə birlikdə tədbir keçiribÜmummilli Lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçuları Xocavənddə rayon rəhbərliyinin iştirakı ilə birgə tədbir keçiriblər.

Hərbi Prokurorluqdan Sonxeber.az-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Füzuli hərbi prokuroru, ədliyyə polkovniki Elçin Hacıyev, hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 ildə ölkəmizdə həyata keçirilən köklü islahatlardan, müxtəlif sahələrdə qazanılan uğurlardan, o cümlədən Silahlı Qüvvələrimizin formalaşdırılması, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılması və etibarlı qorunmasından bəhs ediblər. Əldə edilən uğurlarda Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi dəstək və xalq-dövlət birliyi xüsusi qeyd edilib. Həmçinin tədbirdə Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Dövlət Sərhəd Xidməti ilə əməkdaşlığı vurğulanıb.

Daha sonra ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb. Tədbirdə hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, eləcə də onların qayğı və problemləri ilə maraqlanılıb.

Tədbir başa çatandan sonra ağaclar əkilib.
Xocavənddə Hərbi Prokurorluq Müdafiə Nazirliyi ilə birlikdə tədbir keçiribXocavənddə Hərbi Prokurorluq Müdafiə Nazirliyi ilə birlikdə tədbir keçiribXocavənddə Hərbi Prokurorluq Müdafiə Nazirliyi ilə birlikdə tədbir keçiribXocavənddə Hərbi Prokurorluq Müdafiə Nazirliyi ilə birlikdə tədbir keçiribXocavənddə Hərbi Prokurorluq Müdafiə Nazirliyi ilə birlikdə tədbir keçiribXocavənddə Hərbi Prokurorluq Müdafiə Nazirliyi ilə birlikdə tədbir keçiribXocavənddə Hərbi Prokurorluq Müdafiə Nazirliyi ilə birlikdə tədbir keçirib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1422   Tarix: 10 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr