Azərbaycanda toy günü bəy adam vurdu - Məclis saxlanıldı, gəlini qaytardılar
Dörd gün əvvəl baş verən qəzanın təfərrüatı ortaya çıxıb.
Sonxeber.az parol.az-a istinadən xəbər verir ki, oktyabrın 12-də Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınan qəza nəticəsində BMW markalı gəlin maşınının toy karvanında iştirak edən "VAZ-21015" markalı avtomobillə toqquşması nəticəsində rayonun Dələli kənd sakini, 73 yaşlı Xudiyev Əzizağanın ölməsi faktına görə həbs olunan var.
Belə ki, BMW markalı gəlin maşınını idarə edən bəy Toğrul Əzizov elə toy günü saxlanılıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisədən sonra ağır xəsarət alan Xudiyev Əzizağa xəstəxanaya çatdırılıb, bəy isə toyun baş tutması üçün restorana gedib. Lakin Əzizağanın xəstəxanada keçindiyi xəbəri gəlib və toy yarımçıq qalıb. Toğrul Əzizov saxlanılıb.
Bu hadisənin ardınca gəlinin valideyinləri qızını özləri ilə ata evinə aparıblar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3464 Tarix: 16 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabr