Sərnişin sıxlığı olan avtobus sürücüləri cəzalandırıla bilərmi? – AÇIQLAMA
Hər gün ictimai nəqliyyatda rastlaşdığımız problemlərdən biri də avtobuslardakı sərnişin sıxlığıdır. Maraqlısı budur ki, avtobusda yer olmamasına baxmayaraq sürücülər sərnişin qəbul etməyə davam edir. Bəs görəsən bu sürücüləri hər hansı cəza gözləyirmi?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bütün dayanacaqlarda dayanmaq sürücülərin borcudur:
"Bütün avtobusların standartı var - oturacaqda neçə, ayaqüstə neçə sərnişin daşıya bilər. Real olaraq da bu sərnişinləri saymaq mümkün deyil. Amma biz bəzən görürük ki, avtobus ağzına kimi dolu olsa da yenə sərnişinlər minir. Sərnişin götürmək məcburiyyətində qalan sürücüləri də anlamaq lazımdır. Çünki sürücü bütün dayanacaqlarda dayanmalıdır. Bu onun borcudur. Avtobus dayananda da tələsən, evinə tez çatmaq istəyən vətəndaşlar sıxlaşıb minirlər. Onları da anlamaq lazımdır. Sürücü vətəndaşa minmə düş deyə bilməz. Onun borcu bütün dayanacaqlarda dayanmaqdır. Dayanır və insanlar da minir. Bunun başqa bir yolu yoxdur. Düşünürəm ki, problemi kökündən həll etmək lazımdır. Bunun üçün də ölkəyə çoxlu avtobuslar gətirilməlidir".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1678 Tarix: 16 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabr