Müştərilər "Premium Bank"dakı depozitlərini geri götürürlər
Müştərilər tərəfindən "Premium Bank" ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.
Yeniavaz.com xəbər verir ki, bu ilin əvvəli ilə müqayisədə bu ilin ilk rübündə fiziki şəxslərin "Premium Bank"dakı depozitləri 8% və ya 40,5 milyon manat, hüquqi şəxslərin bankdakı depozitləri isə 13,7% və ya 13,1 milyon manat azalıb. Oktyabr ayının əvvəlinə olan məlumata görə, fiziki şəxslərin "Premium Bank"da 290,4 milyon, hüquqi şəxslərin isə 82,8 milyon manat depoziti olub.
Məlumat üçün bildirək ki, "Premium Bank"ın əsas səhmdarı ötən il AZAL-ın prezidenti vəzifəsindən azad olunan Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. 1994-cü ildə "AZAL Səhmdar Kommersiya Bankı" kimi fəaliyyətə başlayan, daha sonra adını 2 dəfə dəyişərək, əvvəlcə "Bank Silk Way" ASC, hazırda isə "Premium Bank" ASC adlanan bankın səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.
Onu da qeyd edək ki, Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad olunduqdan (1 sentyabr 2023) sonra müştərilərin "Premium Bank"dakı depozitləri 27% və ya 139,1 milyon manat azalıb. Belə ki, Cahangir Əsgərov AZAL-ın prezidenti olan zaman açıqlanan sonuncu hesabatda bankın 512,3 milyon manat depozit portfelinə sahib olduğu göstərilib. Dünən açıqlnan sonuncu maliyyə hesabatında isə bankın depozit portfelinin 373,2 milyon manata düşdüyü qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1228 Tarix: 16 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabr