Beytulla Hüseynovun qızı 7 il sonra - Əmlakları geri istəyir
"Rabitə işi" ilə bağlı məhkum edilmiş "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun qızı yeddi il sonra əmlaklarının müsadirə edilməsindən şikayət edib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, maraqlı şəxs kimi işə qoşulan Günay Seyidli atasının cinayəti ilə əlaqədar ailə üzvlərinin adına olan əmlakların müsadirə edilməsinə etiraz edib.
Şikayət onunla əsaslandırılıb ki, dəymiş ziyanın əvəzi olaraq dövlət nəfinə alınmış əmlaklar Beytulla Hüseynovun işlədiyi-cinayət baş verən dövrdən əvvəl alınıb.
Bakı Apellyasiya Məhkəməsinin hakimləri maraqlı tərəfin, onun müdafiəçisinin və prokurorun çıxışlarını dinlədikdən sonra şikayəti qəbuledilməz hesab edib. Məhkəmə belə qənaətə gəlib ki, müsadirə edilmiş əmlakların satılıb ziyanın ödənilməsinə sərf edilməsi tamamilə qanunu və əsaslıdır.
Qeyd edək ki, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (ləğv edilib-red) keçmiş aparat rəhbəri Vidadi Zeynalov və digərləri 2017-ci ildə külli miqdarda yeyintiyə görə məhkum ediliblər. Dəymiş ziyana görə, onların özlərinin və ailə üzvlərinin adlarına rəsmiləşdirilmiş çoxsaylı əmlakları müsadirə edilib. "Rabitə işi" kimi yadda qalan cinayətlə bağlı 7 il 6 ay azadlıqdan məhrum edilmiş B.Hüseynov 2 il sonra əfv edilib. Eyni ildə son olaraq 4 il müddətinə məhkum edilmiş V.Zeynalov cəzasının yarıdan çoxunu çəkdiyi üçün vaxtından tez azadlığa buraxılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?
Bu günə olan qızıl və gümüş qiymətləri