Azərbaycan mediasında kişi jurnalistlər niyə azdır? - İlham Quliyevdən AÇIQLAMA
Günümüzdə aktual məsələlərdən biri də bəzi sahələrdə kişi işçilərin azlıq təşkil etməsidir. Belə sahələrdən biri də jurnalistikadır. Sözügedən sahədə də kişilərin azlıq təşkil etdiyini, qadınların isə bu sahəyə daha çox üstünlük verdiyini görürük. Bəs, bunun əsas səbəbi nədir?
Mövzu ilə bağlı Sonxeber.az-a "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev danışıdı.
O, açıqlamasında əməyin qiymətləndirilməsi ilə bağlı məsələlərin həll yolunu tapdığı halda, sözügedən disbalansın da aradan qalxa biləcəyini qeyd edib:
"Tək jurnalistikada deyil, bütün sahələrdə qadınlarımızın çox olmağı yaxşı haldır. Misal üçün, mən televiziya kanallarında xanımların aparıcılıq etdiyi verilişə daha həvəslə baxıram, nəinki, öz həmcinslərimizin (gülür). Amma ümumilikdə problemin kökü oğlanların jurnalistikaya marağının olmamağında deyil. Fikrimcə, problemin kökü jurnalistika sahəsində əməyin qiymətləndirilməsi ilə bağlı problemlərdir. Bilirik ki, jurnalistikada əməkhaqqı çox aşağıdır. Bizdə orta aylıq əməkhaqqı 1000 manat civarındadır. Mediada bu göstərici daha aşağıdır. Bu gün jurnalistikadakı əməkhaqqı haradasa xanımları qane edə bilər. Amma bizim Azərbaycan reallığında oğlanlar ailə sahibi olurlar və qayğıları da daha çox olur. Bu səbəbdən də onların 600-800 manat maaşa çalışmaqları bir o qədər də real deyil. Nəticə etibarı ilə oğlanlar bu sahəyə gəlsələr də, sonradan başqa sahələrdə daha yaxşı maaşla iş təklifi aldıqda jurnalistikadan gedirlər. Beləliklə də görürük ki, bu sektorda daha çox xanımlar üstünlük təşkil edir. Əvvəlki dövrlərdə biz bu problemi təhsil sahəsində də görmüşük. Məktəblərdə kişi müəllimlər sürətlə azaldılar. Çünki orada da əməkhaqları aşağı idi. Bu səbəbdən də kişilərin orada qalıb müəllim kimi çalışması real deyildi. Sonradan repititor sisteminin populyarlaşması kişiləri yenidən məktəbə qaytardı. Amma buna baxmayaraq, hələ də məktəblərdə çalışanların böyük əksəriyyəti xanımlardır. Eyni proses mediada da yaşanır və düşünürəm ki, gələcəkdə mediada əməyin qiymətləndirilməsi ilə bağlı problemlər həll olunduqdan sonra bu disbalans da aradan qalxacaq. Məntiqlə götürsək oğlanların da jurnalistikaya marağı olmalıdır. Medianın özünün də kişi jurnalistlərinə ehtiyac var. Çünki jurnalistika bəzən daha çox fiziki zəhmət, qəhrəmanlıq, cəsarət tələb edən sənətdir. Misal üçün, bir xanım jurnalistin gedib cəbhə bölgəsində reportaj hazırlaması daha çətindir, nəinki, oğlanın. Başqa sahələrdə də belə nümunələr göstərmək mümkündür. Düşünürəm ki, əməyin qiymətləndirməsi ilə bağlı problemləri həll etdikdən sonra jurnalistikada cins balansını formalaşdıra bilərik".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?
Bu günə olan qızıl və gümüş qiymətləri