"Mədəniyyətsiz" dediyi Afra imiş
"Yalı çapkını"nda çəkiləndə hamının mənə qarşı marağı var idi. Xanımlar mənə yaxınlaşıb deyirdi ki, hamı səndən danışır, biz səni daha böyük layihələrdə görəcəyik. Çəkiliş meydançasında 100 nəfərə qədər insan var idi. Mənə dedilər ki, heç kim onların diqqətini çəkmir, amma haradan keçirsənsə, hamı sənə baxır və maraqlanır".
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyova "Xəbərin var?" proqramında deyib. Sənətçi "Yalı çapkını" serialında çəkilməsindən danışıb. O, ekran işinin baş rol ifaçısı Afra Saraçoğlunun onu qısqanması haqda suallara belə reaksiya verib:
"Burada sevərək izlədiklərimi orada görəndə dedim ki, necə fərqlidirlər. Baş rol ifaçısı Mərd Ramazanoğlunu (Ferit obrazını oynayır - red.) sevmirdim, yekəxana, eqolu təəssürat bağışlamışdı. Amma gördüm ki, çox yetkin, orada görsəndiyi kimi şorgöz deyil, səmimidir. Amma Afranı (serialda Seyran obrazını oynayır - red.) çox sevirdim, orada gördüm ki, fərqlidir. Mənə yaxınlaşdı və eqosunu göstərdi. Bu haqda danışmaq istəmirəm, yoxsa onun danışıq tərzini deyərdim. Həddindən artıq çox kaprizli aktrisa idi".
Qeyd edək ki, Ülviyyə sözügedən serialda bir neçə saniyəlik epizodik rolda yer alıb. O, daha sonra ekran işi ilə bağlı suala "Əslində ürəyim doludur, danışardım, amma müqaviləyə imza atmasaydım. Bir onu deyim ki, aktrisalardan birinin eqosu, hər kəsi alçaltması, mədəniyyətsiz davranışları və ikrah hissi oyadacaq dərəcədə iyrənc söyüşlə danışığına üzüldüm" cavabını vermişdi.
Xəlilbəyova hazırki açıqlaması ilə həmin adını çəkmədiyi aktrisanın Afra Saraçoğlu olduğunu təsdiqləyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?
Bu günə olan qızıl və gümüş qiymətləri