Rövşən Rüstəmovun yarıtmaz fəaliyyəti: qatarların "dalınca baxa-baxa" qalmışıq…

Rövşən Rüstəmovun yarıtmaz fəaliyyəti: qatarların "dalınca baxa-baxa" qalmışıq…Rövşən Rüstəmovun yarıtmaz fəaliyyəti: qatarların "dalınca baxa-baxa" qalmışıq…Məşhur mahnıda deyildiyi kimi: "O qatarın dalınca baxma…". Günümüzün reallığında bu mümkün deyil, çünki "Azərbaycan Dəmir Yolları" QSC-nin, hətta birbaşa Rövşən Rüstəmovun "möhtəşəm fəaliyyəti" sərnişinləri qatarların arxasınca "baxmağa" məcbur etməkdən ibarətdir. Elə bir həftə, yaxud ay olmasın ki, "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus qatarların xarab olduğu, ya relsdən çıxdığı, ya yolda qaldığı, yaxud gecikdiyi və ya vaxtından tez çıxdığı xəbərləri yayılmasın. Yəni sözün gerçək mənasında qatarların "dalınca baxa-baxa" qalmışıq.

– Bakı-Sumqayıt istiqamətində hərəkət edən sərnişin qatarı yolda qaldı.

– Ağstafadan Bakıya gələn qatar 2 saat gecikdi.

– Bakı-Pirşağı qatarı xarab oldu.

– Rusiyadan Azərbaycana inşaat materialları daşıyan qatar Siyəzən rayonunun Zarat stansiyasında relsdən çıxdı.

– Bakı-Gəncə qatarı xarab oldu, insanlar piyada gəlir.

Belə xəbərlər mediada saysız-hesabsızdır və demək olar ki, hər həftə, ən yaxşı halda hər ay belə məlumatlar yayılır. Halbuki, cəmi iki il öncəyə qədər belə xəbərlərə nadir hallarda rast gəlmək olardı, çünki qatarların fəaliyyətində nasazlıq nadir hallarda baş verirdi. Məhz 2022-ci ildən – Rövşən Rüstəmovun "Azərbaycan Dəmir Yolları" QSC-yə rəhbərlik etməyə başlamasından sonra neqativlər hər keçən gün daha da artmağa başladı. Rövşən Rüstəmov QSC-yə 2022-ci ilin oktyabrında rəhbər təyin olunub, 2023-cü ildən etibarən "Azərbaycan Dəmir Yolları" QSC haqqında yayılan xəbərlərin əksəriyyəti ya qatarların xarab olması, ya relsdən çıxması, ya gecikməsi, yaxud müxtəlif maxinasiyaların baş verməsi barədədir.

Sual yaranır: niyə belə acınacaqlı vəziyyət yaranıb?

Bu sualın yeganə cavabı məhz Rövşən Rüstəmovun yarıtmaz fəaliyyətidir. Halbuki, Azərbaycanın dəmir yolu infrastrukturu Cənubi Qafqazda yüksək keyfiyyəti və əlverişliliyi ilə seçilib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə yenidən qurulan dəmir yolu infrastrukturumuz Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib.

Təsadüfi deyil ki, Azərbaycan qlobal nəqliyyat şəbəkələrinin açar ölkəsidir və bu məsələdə dəmir yolu infrastrukturumuzun böyük rolu olub. Axı dəyişən heç nə yoxdur. Yol həmin yoldur, dövlətin "Azərbaycan Dəmir Yolları" QSC-yə dəstəyi, ümumiyyətlə, dərmir yolu daşımalarına diqqəti azalmayıb, əksinə daha da artıb. Yeganə dəyişən isə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədridir. Rövşən Rüstəmovun gəlişindən sonra Azərbaycanın dəmir yolları sahəsi ciddi geriləmə yaşayır, həm sərnişin, həm yük daşımalarında acınacaqlı vəziyyət davam edir.

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-yə olan inam da, etibar da sıfırlanır. Gecikən, yolda qalan, yaxud xarab olan qatarlardan bezən vətəndaşlar baha olsa belə avtomobil və təyyarə nəqliyyatına üstünlük verirlər. Yükdaşma sahəsində də analoji vəziyyət hökm sürür. Təsadüfi deyil ki, dəmir yolları ilə yükdaşınmanın payı hər il aşağı düşür.

Problem nə ölkənin dəmir yolu infrastrukturunda, nə qatarlarda, nə da bu sahənin peşəkar kadrlarındadır. Problem birbaşa Rövşən Rüstəmovdadır. Bu sahəyə yad olan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri faktiki olaraq məsul olduğu sahəni idarə edə bilmir, zərəri də vətəndaşlarımız və dövlətimiz çəkir.Demokrat.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1478   Tarix: 17 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr