"Azərenerji"nin rəhbəri Baba Rzayev vəzifədən azad olunur…..
Yaxın vaxtlarda "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Balababa Rzayevin vəzifəsindən azad olunacağı gözlənilir.
Məlumata görə, Balababa Rzayev işində yol verdiyi ciddi nöqsanlara görə yola salınacaq.
Xəbər verdiyimiz kimi, bu ilin oktyabr ayının 5-də Baş nazir Əli Əsədov "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa (Baba) Rzayevə şiddətli töhmət verib.
"Azərenerji" ASC-nin prezidentinə töhmət verilməsinin səbəbi 2024-cü il üzrə təsdiq edilən yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi olub.
"Azərenerji" ASC-nin yeni prezidenti isə "Azəriqaz" İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyev təyin oluna bilər.
O, hazırda "Azərenerji" ASC-nin departament direktoru vəzifəsində çalışır.
Qeyd edək ki, Ruslan Əliyev ixtisasca energetika mühəndisidir. O, 1995–1999-cu illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik energetikası" (İstilik elektrik stansiyaları) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi bitirib, texnika üzrə fəlsəfə doktorudur. Bu sahənin peşəkarı olan Ruslan Əliyevin "Azərenerji" ASC-nin rəhbərliyinə gətirilməsi sözügedən sektorda ciddi irəliləyişlərə gətirib çıxara bilər.
Xatırladaq ki, Ruslan Əliyev bu ilin əvvəlində "Azəriqaz"ın baş direktoru vəzifəsindən azad edilmişdi.Demokrat.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?
Bu günə olan qızıl və gümüş qiymətləri