Elçin Muradovun şirkətində kütləvi dava-Yaralı təcili xəstəxanaya çatdırıldı
Qaradağ rayonunda El Metal Plus QSC-də işçilər arasında dava baş verib.
Məlumata görə bir neçə şəxs 2001-ci il təvəllüdlü Nurlan Şahpələngovu vəhşicəsinə döyüblər.O, beyinin ağır dərəcəli travması və dalağın partlaması diaqnozu ilə 1 sayli Kliniki Tibbi Mərkəzə çatdırılıb və dərhal əməliyyata alınıb. Zərərçəkənin vəziyyəti ağırdır
*****
Məsələylə bağlı DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisəni törədən şəxs saxlanılıb, cinayət işi açılıb:
"Oktyabrın 15-də saat 12 radələrində paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yerləşən zavodda işçilərdən birinin xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla 2004-cü il təvəllüdlü Yaşar Qumbatovun münaqişə zəminində iş yoldaşı 2001-ci il təvəllüdlü Nurlan Şahpələngovun başına dəmir parçası ilə xəsarət yetirməsi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y.Qumbatov saxlanılıb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.
Qeyd edək ki, El Metal Plus QSC-i "EL Holdinq" in tərkibinə daxildir. "EL Holdinq" 1988-ci ildə yaradılıb, tərkibində "EL Cargo" yük daşımaları şirkəti, "EL Metal Plus QSC" armatur istehsalı zavodu, EL Mag,EL Oil LLC, "Kruasan" fransız qənnadı məhsulları şəbəkəsi, "EL Restoran" və digər şirkətlər daxildir.
XALQ.AZ məlumat verir ki, Holdinqin rəhbəri tanınmış iş adamı Elçin Muradovdur. Holdinq Azure Biznes Mərkəzində fəaliyyət göstərir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?
Bu günə olan qızıl və gümüş qiymətləri