Azərbaycana aid 20-yə yaxın üzüm sortunun erməniləşdirilməsinin qarşısı alınıb

Azərbaycana aid 20-yə yaxın üzüm sortunun erməniləşdirilməsinin qarşısı alınıbBeynəlxalq Vitis katoloquna (VİVC) erməni mənşəli kimi daxil edilmiş 20-yə yaxın yerli üzüm sortunun molekulyar-genetik üsullarla Azərbaycan mənşəli oduqları sübut edilib və bazada müvafiq dəyişiklik edilib.

Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov bildirib.

"Bunların arasında ən qədim və qiymətli "Mələyi", "Xındognı", "Hərnə-qırna", "Misqalı", "Ağ Aldərə", "Hüseyni", "Gülabı", "Növrəst" və başqa sortlar var. Bununla yanaşı, ötən il təmiz genetik profilə malik olan 10 yerli üzüm sortumuz ("Sultanşirə", "Novxanı qırmızı üzümü", "Sultanı kişmişi", "Gecdəyən ağ üzüm", "Zaqatala ağ üzümü", "Qara şanı", "Şirvanşahı", "Qaraşirə", "Qızıl üzüm", "Elmin") VİVC katoloquna daxil edilib", - deyə o qeyd edib.

"Azərbaycan yerli üzüm sortlarının genetik müxtəlifliyinin öyrənilməsi, qorunması, davamlı istifadə edilməsi, bədnam qonşularımızın öz adlarına çıxdığı sortlarımızın əzəli adlarının qaytarılması və mənimsənilmələrinin qarşısının alınması bizim ən vacib işlərimizdən biridir. İndiyə qədər institut üzümün kolleksiya bağını elmi ekspedisiyalar əsasında aşkar edib, toplanan sort və formalarla zənginləşdirib, həmçinin beynəlxalq təşkilatlar və bazalarla (Bioversity İnternational, COST, İNRA, VİVC və s.) əməkdaşlıq nəticəsində morfoloji, deskriptor, genetik əlamətləri təsvir edilməklə beynəlxalq bazalara daxil edib. Hazırda həmin bazalarda Azərbaycanın 400-ə qədər yerli üzüm sortları barədə məlumat mövcuddur.

2019-cu ildən başlayaraq Almaniyanın "İnstitute for Grapevine Breeding Geilweilerhof" İnstitutu ilə əməkdaşlığın nəticəsində 350-dən çox yerli üzüm sort və formalarının molekulyar-genetik tədqiqatları həyata keçirilib. Nəticədə yeni unikal profilə malik genotiplər üzə çıxıb, sortlarımız genetik təmizlənib, onların omonimləri, sinonimləri müəyyən edilib. Bu, gələcəkdə sortlarımızın qorunmasına, sertifikatlı tingçiliyin inkişafına xidmət edəcək. Bununla yanaşı, bu, bizə imkan verir ki, sortlarımızı ermənilərdən qoruyaq. Çünki onlar bizim üzüm sortlarımızı da öz adlarına çıxarmaq istəyirlər", - deyə direktor əlavə edib.

"Araşdırmalara əsasən hesab edirik ki, üzümün ən qədim vətəni kimi Azərbaycanda 600 adda üzüm sortu əkilib-becərilib. İndiyə qədər elmi əsaslarla öyrənilməyən üzüm sort və formalarımızın aşkar edilib toplanması və onalrın müasir üsullarla öyrənilərək artırılması, qorunub saxlanılması, səmərəli istifadəsi və onlar haqqında lazımı məlumatların beynəlxala məlumat bazalarına yerləşdirlməsi institutumuzun qarşısında duran ən başlıca hədəflərdən biridir",-deyə V.Səlimov vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1050   Tarix: 19 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr