Büdcədən vəsait ayrılıb - MAAŞ VƏ PENSİYALARLA BAĞLI MÜJDƏ
Hazırkı reallıqlar göstərir ki, Azərbaycanın II Qarabağ müharibəsindəki qələbəsini, ərazi bütövlüyümüz və süverenliyimizin təmin edilməsini həzm edə bilməyən qüvvələr tərəfindən ölkəmizə qarşı təzyiq və riyakarlıqlar davam etməkdədir. Bir sıra dövlətlərin Azərbaycana qarşı yeritdiyi məkrli siyasətin çox təhlükəli alətinə çevrilmiş erməni oyunlarına yeni nəfəs vermək cəhdləri açıq-aydın görünür. Ona görə Ermənistanın öz havadarlarının təhriki ilə son vaxtlar geniş vüsət alan genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan tərəfindən əlavə cavab tədbirlərinin görülməsi üçün müdafiə və təhlükəsizlik xərclərinin artırılacağı gözlənilən idi.
Sonxeber.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib.
O qeyd edib ki, II Qarabağ müharibəsindəki qələbəmizin nəticələrini qoruyub saxlamaq başlıca vəzifədir:
"Eyni zamanda ölkəmizin inkişafı, xalqımızın bundan sonra da təhlükəsiz həyatını təmin etməkdən ötrü zəruri addımların atılması labüddür. Məhz bu kontekstdə hərbi gücümüzün artırılması və təhlükəsizlik məsələsi prioritet məsələlər sırasında olacaq: "Sözsüz ki, 2025-ci il dövlət büdcəsinin layihəsində sosial sahədə artımların olması da gözlənilir. Artıq gələn ilin dövlət büdcəsi zərfi Milli Məclisə göndərilib. 2025-ci il dövlət büdcəsi zərfinin Milli Məclisə daxil olan variantı əsasında sosial sahədə artırımların necə olacağını proqnozlaşdırmaq mümkündür. Artımların konkret əhatə dairəsini detallaşdırılmış şəkildə büdcə sənədlərini təhlil etdikdən sonra söyləmək doğru olar".
Millət vəkili Maliyyə Nazirliyi tərəfindən 2025-ci il dövlət büdcəsi layihəsinin ilkin variantının açıqlandığını bildirib:
"Gələn ilin dövlət büdcəsində sosial müdafiə və təminat üzrə xərclər üçün 4 milyard 998 milyon manat ayrılması nəzərdə tutulmuşdu. Yeni variantda isə sosial müdafiə və təminat xərcləri 4 milyard 812 milyon manat göstərilib".
Əli Məsimli hələlik minimum əməkhaqqı və minimum pensiyanın hökumət tərəfindən nə qədər artırılacağı barədə konkret rəqəm demək mümkün olmadığını söyləyib:
"Amma sözügedən ümumi rəqəmlərdən çıxış edərək demək olar ki, həmin miqdarda vəsait minimum əməkhaqqı, pensiya, müavinətlər sahəsində böyük artımlar həyata keçirmək üçün yetərli deyil və məbləğ artırılmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4330 Tarix: 20 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr